Yaddaş kartı. Fabio Kapello FOTOLENT
Dünən Rusiya milli komandasının yeni baş məşqçisinin adı məlum oldu. Stadium.az xəbər verir ki, gözlənildiyi kimi bu posta namizədlər arasında adı daha çox hallanan Fabio Kapello təyinat aldı. Rusiya millisinin baş məşqçi postunu kimin tutacağını diqqətdə saxlamağımız heç də səbəbsiz deyil. Axı Rusiya millisi Dünya Çempionatı-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibidir. Beləliklə, Rusiya millisi ölkəmizə məhz məşhur italyan mütəxəssis Fabio Kapellonun rəhbərli altında gələcək.
Qeyd edək ki, Fabio Kapello 1946-cı ildə iyunun
18-də anadan olub. Karyerasına SPAL klubunda başlayan Kapello daha sonra
ardıcıllıqla “Roma”, “Yuventus” və “Milan” klublarının formasını geyib. 1972-ci
ildə debüt etdiyi İtaliya millisinin heyətində 5 il ərzində 32 matça çıxıb və 8
qol vurub.
1987-ci ildən etibarən “Milan” klubunda məşqçi kimi
fəaliyyətə başlayıb. 1991-ci ildən ilk dəfə “Milan”ın baş məşqçisi olan Kapello
daha sonra “Real”, “Roma”, “Yuventus” və İngiltərə millilərini də çalışdırıb.
Stadium.az Kapellonun karyerasındakı ən maraqlı anları və fotoları təqdim edir.
*
Kapello futbolçu kimi karyerasının ən parlaq dövrünü “Yuventus”da keçirib. O
turinlilərin heyətində 3 dəfə skudettonu qazanıb. “Milan”da isə gələcəyin məşhur
məşqçisinin qazancı 1 skudetto və 1 ölkə kuboku olub.
*
1994-cu ildə Kapello karyerasında ilk dəfə Çempionlar Liqasının kubokunu
qazandı. Kapellonun çaçışdırdığı “Milan” finalda “Barselona”nı darmadağın etdi
- 4:0.
*
1996-cı ilin payızı. “Milan” onun rəhbərbərliyi altında 5 ildə 4-cü skudettonu
qazandı.
*
1999-cu ilin yayında o “Roma”nın başına keçdi.
*
2000-cı ilin payızında Kapello UEFA-nın təşkil etdiyi seminarda Sven-Qoran
Erikssonla görüşür. Həmin vaxt onlardan heç biri bilmirdi ki, hər ikisi İngiltərə
millisini çalışdıracaqlar.
* 2000/01
mövsümündə Kapello “Roma”nı çempionluğa daşıdı.
*
“Roma”dan sonra Kapello “Yuventus”u çalışdırdı.
*
2006-cı il. Kapello növbəti dəfə skudettonu qazandı. Lakin o bilmirdi ki, bir
müddətdən sonra həmin titul “Yuventus”un əlindən alınacaq.
*
2006-cı ilin yayında Kapello ikinci dəfə “Real”a baş məşqçi təyin olunur.
*
Tarix yenə də təkrarlandı. Kapello ikinci gəlişində də Madrid klubu ilə ölkə
çempionu oldu və dərhal postunu tərk etdi.
* Həmin
vaxt Kapellolu “Real”ın oyun stili rəhbərliyi qane etməmişdi.
* Amma
bu dəfə “Real”dan ayrıldıqdan sonra Kapello İtaliyaya üz tutmadı. O
karyerasında ilk dəfə olaraq milli komandada - İngiltərə yığmasında çalışdı.
*
İngiltərə millisinin baş məşqçisi kimi Kapello ilk oyununu İsveçrə millisinə
qarşı keçirdi. Həmin vaxt Kapello İngiltərə millisinin sonuncu iş yeri
olacağını deyirdi. O vaxt italyan məşqçinin ağlına da gəlməzdi ki, bir neçə il
keçəcək və o Rusiya millisinin çalışdıracaq.
*
2010-cu ildə keçirilən dünya çempionatında Terri ilk dəfə millinin kapitan
sarğısından mərhrum oldu. Bundan dərhal sonra isə Kapellonun iş metodunu xeyli
tənqid etdi. Kapello özü isə Terrinin çıxışına qısaca belə cavab verdi: “O çox
böyük səhv etdi”.
*
Kapellolu İngiltərə millisi CAR-dakı çıxışını 1/8 finalda başa vurdu. Amma bu
Kapellonun işindən ayrılmasına səbəb olmadı.
*
Avro-2012-nin seçmə mərhələsində Çernoqoriyaya qarşı keçirilən matç Kapellonun
İngiltərə millisində son oyunu oldu.
*
Kapello hələ bir müddət əvvəl Rusiyada olub. O həyat yoldaşı Laura ilə birgə “Böyük
teatr”da Çaykovskinin “Yatmış gözəl” baletinə tamaşa edib.
* Növbəti
dəfə işinə müdaxilə və Terrinin kapitan sarğısından məhrum olmasından sonra bu
ilin fevralında O İngiltərə millisinin baş məşqçisi postundan ayrıldı.
* Dünən isə Kapellonon Rusiya millisinə başçılıq edəcəyi rəsmən açıqlandı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |