Saşa Stamenkoviç: “Ötən illə müqayisədə işimiz xeyli asan olmalıdı”
Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Gürcüstan çempionu “Zestafoni”ni qəbul edəcək “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Serbiya mətbuatına müsahibə verib.
- “Neftçi”nin
Çempionlar Liqasındakı iddiası nədən ibarətdir?
- Ötən mövsüm Çempionlar Liqasının Xorvatiya
“Dinamo”su ilə oyundan cəmi 20 gün öncə yeni klubuma gəlmişdim. O vaxtı səfərdə
0:3 hesabı ilə uduzub, evdəki qolsuz heç-heçədən sonra mübarizəni dayandırdıq.
Bu il isə işimiz xeyli asan olmalıdır.
- Bunu
nə ilə izah edirsiz?
- Çünki rəqib Zaqreb təmsilçisi ilə müqayisədə zəif
komandadır.
- Düşünmürsüz
ki, “Neftçi”yə getməklə yığmaya düşmək perspektivinizin üstündən xətt çəkdiz?
- Pekin Olimpiadasında hər 3 oyunda Vladimir
Stoykoviçin əvəzləyicisi idim. Lakin o vaxtdan bir daha milli məşqçilərindən
heç biri mənə etimad göstərmədi.
- Yeni
baş məşqçi Sinişa Mixayloviçdən dəvət alacağınızı gözləyirsizmi?
- Təxminən 10 il Serbiyada çıxış etdim. Yalnız 1 dəfə
milli komandada oynamaq imkanı qazandım. Onda yığmanın məşqçisi və idman
direktoru Nenad Sakiç idi. İndi o Mixayloviçin köməkçisidir. Yeganə ümidim bu
amilədir. Sakiç və qapıçılarla işləyən qapıçı Aleksandr Koşiç Mixayloviçi mənim
haqqımda məlumatlandıra bilər. Düzdür, Serbiyada başqa yaxşı qapıçılar da var,
amma mən onlardan zəif deyiləm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |