“Lex”in baş məşqçisi: “Xəzər Lənkəran”ın lideri Kamran Ağayevdi”
Sabah Avroliqanın ikinci mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq Polşanın “Lex” klubunun baş məşqçisi Mariusz Rumak təmsilçimizlə oyun haqda danışıb. Stadium.az xəbər verir ki, polşalı mütəxəssis “Xəzər Lənkəran” haqda kifayət qədər məlumata malik olduqlarını bildirib: “Qazaxıstanın "Jetısu" klubuna nisbətən "Xəzər Lənkəran" haqda kifayət qədər məlumat əldə etmişik. "Xəzər Lənkəran"ın Estoniyanın "Nomme Kalyu" klubu ilə hər iki oyununu məşqçimiz Yaçek Terpilovski izləyib. Məhz onun sayəsində rəqibimizi yaxşı analiz etmişik. “Xəzər Lənkəran”ın 8 oyununun videoyazısı əldə etmişik”.
M.Rumak “Xəzər LƏnkəran”ın heyətində 2 futbolçunu fərqləndirib:
“Onların heyətində yerli və səviyyəli legionerlər çıxış edir. Rəqibin heyətində
əsas futbolçu və lider onların qapıçısıdır. Meydanda isə rumıniyalı futbolçu
Adrian Piti qeyd edə bilərəm. “Roma”nın keçmiş futbolçusu sol ayağını çox yaxşı
işlədir. Ona görə də Pitə qarşı diqqətli oynamalıyıq”.
35 yaşlı məşqçi yolun uzaqlığından gileylənib: “Bakı
hava limanında enib, daha sonra maşınla Lənkərana 300 km məsafə qət etməliyik.
Təbii ki, bu da çox yorucu olur. Ümid edirəm ki, Azərbaycanda yollar
Qazaxıstana nisbətən daha yaxşı vəziyyətdədi”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |