“Lex”in müdafiəçisi: “Xəzər Lənkəran”ın bu cəhətini mütləq nəzərə almalıyıq”
Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Xəzər Lənkəran”ın qonağı olacaq Polşanın “Lex”klubunun 3 nömrəli müdafiəçisi İvan Djurdjeviç Polşa mətbuatına müsahibə verib.
- Azərbaycana
səfər necə keçdi?
- Hələ Polşada olarkən bizi uzun yolun gözlədiyini
demişdim. Belə də oldu. Uzun yol qət etdikdən sonra Lənkərana gəlib çatdıq.
Yolun bu qədər uzun olacağını bilmirdim.
- Yol yorğunluğu
var?
- Əlbəttə.
Amma bunu unutmalıyıq və ancaq oyunu düşünməliyik.
- Bu amil oyununuza təsir göstərməyəcək?
- Düşünürəm ki, yox. Bu gün Lənkəranda məşqə
çıxacağıq. Yəqin ki, yüngül məşq olar. Axşam dincəlib, sabah tam bərpa olunmuş
halda oyuna çıxacağıq.
- “Xəzər
Lənkəran”la qarşılaşma barədə nə düşünürsən?
- Çətin olacaq. “Xəzər Lənkəran”ın iştirakı ilə olan
oyunların videoyazısına baxmışıq və bilirik ki, güclü futbolçuları var. Həm də
evdə, doğma azarkeşlərinin dəstəyi altında oynayacaqlar. Şansları bərabər görürəm.
- Sabahkı
oyunda hansı nəticə sizi qane edir?
- Prinsipcə, hamını qələbə qane edir. Odur ki, biz də
buna çalışacağıq. Çünki burada qazanılan qələbə növbəti mərhələ üçün
şanslarımızı artıracaq. Ancaq müdafiədən də diqqətli oynamalıyıq. Bildiyimə görə,
Lənkəran futbolçuları standard vəziyyətlərdən yaxşı istifadə etməyi bacarırlar.
Deməli, bunu mütləq nəzərə almaq lazımdır.
- Qarşıya
qoyduğunuz hədəf dəyişməyib ki?
- Xeyr, hədəf dəyişməyib və məqsədimiz Avropa
Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |