Portuqaliyalıların baş məşqçisi: “İnter” haqda məlumatım yoxdu”
Avroliqanın üçüncü təsnifat mərhələsində “İnter”in mümkün rəqibi olan Portuqaliyanın “Maritimu” klubunun baş məşqçis Pedro Martins püşkatmanın nəticəsini dəyərləndirib. Stadium.az xəbər verir ki, 2 gün əvvəl 42 yaşını qeyd edən portuqaliyalı mütəxəssis təmsilçimiz haqda heç bir məlumata malik olmadığını bildirib: “Növbəti mərhələdə kiminlə qarşılaşacağımız məlum oldu. Ancaq rəqibimizin adı konkretləşmədiyindən, konkret söz deyə bilmərəm. Ancaq “İnter” - “Asteras” matçlarının kasetlerinə mütləq baxacağıq. Prinsipcə, bu komandaların heç biri haqqında məlumatımız yoxdur. “Asteras” Yunanıstan futbolunun təmsilçisidir. Yunanıstan futbolu isə özünə görə seçilənlərdəndi. Bu ölkənin yığması, eləcə də “Olimpiakos”, “Panatinaikos” kimi klubları Avropada sözlərini deyiblər. “İnter”ə gəlincə, bu komanda haqqında heç bir məlumatım yoxdur”.
Qeyd edək ki, tam adı Pedro Rui Mota Vieira Martins
futbolçu kimi “Feirense”nin yetirməsi olub. Futbolçu karyerası ərzində yetirməsi
olduğu klubla yanaşı “Gimarayş”, “Sportinq”, “Boavişta”, “Santa Clara” və “Alverca”nın
şərəfini qoruyub. 1 dəfə - 1997-ci ildə Portuqaliya millisinin heyətində
meydana çıxan Martins 2006-cı ildə “Uniao Lamas”da məşqçiliyə başlayıb. Daha
sonra “Lusitania”, “Espinho” klublarını çalışdıran portuqaliyalı mütəxəssis
2010-cu ildə “Maritimu”nun “B”, bir müddət sonra isə əsas komandasının baş məşqçisi
olub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |