Subaşiç Azərbaycanda ilkə imza atdı
“Xəzər Lənkəran”
klubunun futbolçusu Branimir Subaşiç tarixi nailiyyətə imza atıb. Stadiumş.az Lənkəran
klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Azərbaycan
klublarının heyətində ardıcıl 4, ölkəmizin 1 komandasının heyətində isə ardıcıl
3 avrokubok matçında qol vuran ilk futbolçu kimi tarixə düşüb.
“Xəzər Lənkəran”ın
bu il avrokubokda keçirdiyi hər 3 oyunda qol vuran Azərbaycan yığmasının
futbolçusu iyulun 5-də “Nomme Kalyu” ilə Lənkəranda, 5 gün sonra Estoniyadakı
görüşündə, ayın 19-da isə Polşa “Lex”i ilə matçda fərqlənib. Bunadək heç bir
futbolçu Azərbaycanın 1 klubunun ardıcıl 3 avrokubok görüşündə fərqlənməmişdi.
Branimir
bundan əvvəl sonuncu dəfə Azərbaycan klubları ilə Avropaya çıxanda da qol
vurmuşdu. Bu, 2007-ci il avqustun 2-də olub. Həmin gün “Neftçi” klubunun şərəfini
qoruyan Subaşiç Avstriya “Rid”i ilə Bakıdakı cavab matçında fərqlənib. Həmin
oyun hücumçunun “Xəzər Lənkəran”a qədərki karyerasında Azərbaycan təmsilçiləri
ilə avrokubokda son oyunu idi. Bununla da hücumçu klublarımızın tərkibində heç
kimin bacarmadığına imza ataraq keçirdiyi ardıcıl 4-cü matçda qol sevinci
yaşayıb.
Düzdür,
“Rid”lə oyundan sonra Branimir avrokuboklarda qollu və qolsuz oyunlar keçirib.
Lakin bu, Azərbaycan klubları ilə deyil, Serbiya təmsilçisi “Srvena Zvezda”sı
ilə avrokuboklarda baş verib. 2008/09 mövsümündə Kipr APOEL-i ilə ilk oyunda qol
vura bilməyən hücumçu 3:3 hesabı ilə başa çatan cavab görüşündə fərqlənmişdi.
Lakin bu onun karyerasında “Xəzər Lənkəran”a qədərki son avrokubok matçı deyil.
2008-ci il avqustun 28-dəki matçda Branimir qol vurduqdan 2 il sonra avrokuboka
qayıdan hücumçu Belqrad təmsilçisinin Slovakiya “Slovan”ı ilə matçında meydanı
qolsuz tərk edib.
Qeyd edək
ki, Branimir avrokuboklarda ümumilikdə 10 oyuna 5 qol vurub. “Neftçi”də 4,
“Srvena Zvezda”da 3 oyun keçirən hücumçu hər komandada 1 dəfə fərqlənibsə, “Xəzər
Lənkəran”da isə 3 oyuna 3 qol vurub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |