“Lex”in futbolçusu: “Növbəti mərhələyə keçən tərəf məhz biz olacağıq”
İyulun 26-da Avroliqanın ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək Polşanın “Lex” klubunun üzvü İvan Djurdjeviç müsahibə verib.
- “Xəzər
Lənkəran”la cavab oyununa hazırlıq necə keçir?
- Əla. Komandada ab-hava da yüksək səviyyədədir. Hər kəs bu oyuna yüksək
motivasiya ilə hazırlaşır. İlk görüşdən 1:1 hesablı bərabərliklə ayrılmışıq.
Ona görə də düşünürəm ki, növbəti mərhələyə keçən tərəf məhz biz olacağıq.
- Təbii ki, səfərdən 1:1 hesabı
ilə ayrılmaq yaxşı nəticədir. Ancaq xatırlayırsansa, iki il öncə Azərbaycanın
digər təmsilçisi “İnter”i
səfərdə 1:0 hesabı ilə məğlub etmişdik. Bununla belə, cavab matçı çox ağır
keçdi və biz yalnız penaltilər seriyasında qalib gələ bildik.
- Bəli.
Bu oyunu çox yaxşı xatırlayıram. Həmin vaxt mən də “Lex”in şərəfini qoruyurdum. Ancaq
hazırda biz həmin oyunu deyil, “Xəzər Lənkəran”la matçı
düşünürük. Qarşıda bizi daha gərgin 90 dəqiqə gözləyir. Bu dəfə daha yaxşı
oynayıb, həmin səhvi təkrarlamamalıyıq. Buna görə də “Xəzər Lənkəran”a erkən
qol vurmalıyıq ki, daha rahat oynayaq.
- Belə aydın olur ki, "Xəzər
Lənkəran"a qarşı hücum futbolu nümayiş etdirəcəksiniz.
- Bu daha çox baş məşqçidən asılı olacaq. O hansı taktikaya üstünlük verərsə,
o cür də çıxış edəcəyik. Bilirik ki, doğma meydanda bizi xeyli azarkeş dəstəkləyəcək.
Biz də onları narazı sala bilmərik. Bu baxımdan böyük ehtimalla hücum oynayaraq
qol vurmağa çalışacağıq. Ancaq rəqibə qarşı ehtiyatlı oynamalıyıq. Çünki
"Xəzər Lənkəran" ilk oyunda özünü yaxşı tərəfdən göstərə bildi. Onlar
topla gözəl davranırdılar. Əsasən də standart vəziyyətlərdən. Ona görə hücuma
hamılıqla atılmayacağıq.
- İlk oyunda “Xəzər
Lənkəran”
sizi əsasən nə ilə təəccübləndirdi?
-
Bilirdik ki, Lənkəranda bizi böyük ajiotaj gözləyir. Buna görə də matçın ilk dəqiqələri
çətin keçdi. Müdafiənin səhvindən erkən qol buraxdıq. Ancaq yaxşı ki, tezliklə
özümüzü toparladıq və hesabı bərabərləşdirə bildik. Düşünürəm ki, bu nəticə
cavab matçı üçün yetərli olacaq. "Xəzər Lənkəran" ilk oyunda yaxşı
oynadı və bizi təəccübləndirdi. Onlar topu özlərində yaxşı saxlayır və təhlükəli
hücumlar təşkil edirdilər. Lakin deməzdim ki, "Xəzər Lənkəran" məni
çox təəccübləndirdi. Sadəcə olaraq Lənkəran təmsilçisi 4 il öncə
qarşılaşdığımız "Xəzər Lənkəran"dan daha güclü komanda təsiri
bağışladı.
- Azarkeşlər yenə də sizdən
Avropada uğurlu çıxış gözləyir. Komandanın bu mövsüm üçün əsas hədəfi nədir?
-
Azarkeşlərimiz çox tələbkardılar. Onları başa düşürəm. "Lex" böyük
komandadır və buna görə də bizdən çox şey tələb olunur. Təbii ki, biz də Avropa
Liqasında mümkün qədər uzağa getmək istəyirik. Ancaq hələlik yalnız "Xəzər
Lənkəran"la oyun haqda düşünürük. İnanıram ki, bu mövsüm Avropada daha
böyük uğur qazanacağıq.
- Növbəti mərhələdəki potensial rəqibləriniz
haqda nə deyə bilərsən. Komanda "Xəzər Lənkəran" səddini keçəcəyi təqdirdə
AIK (İsveç) - "Hafnarfyordur" (İslandiya) cütünün qalibi ilə
qarşılaşacaq.
- Etiraf
edirəm ki, potensial rəiblərimiz haqda heç bir məlumatım yoxdu. Çünki hələlik
yalnız "Xəzər Lənkəran"la oyunu düşünürük. Ancaq bu mərhələni keçsək,
rəqibimiz haqda rahat danışa bilərəm. Bizim azarkeşlərimiz Azərbaycanda və
Qazaxıstanda da bizi tək qoymadılar. Ancaq ümid edirəm ki, növbəti mərhələyə
adlasaq, bizi daha böyük azarkeş kütləsi dəstəkləyəcək. Bununla belə, növbəti mərhələyə
hansı komandanın adlayacağını deyə bilmərəm. "Xəzər Lənkəran"a hörmətlə
yanaşırıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |