Rəşad Sadiqov: “Hapoel”lə deyil, “Jlina” ilə qarşılaşmağı çox istəyirdim” (MÜSAHİBƏ)
“Zestafoni” ilə oyundan dərhal sonra “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Stadium.az-ın Gürcüstana ezam olunmuş müxbirinə müsahibə verib. Təcrübəli futbolçu ilk olaraq qarşılaşma barədə danışıb.
- Oyunun çətin olacağını əvvəldən də bilirdik. İlk
matçda 3:0 hesablı qələbə qazanmağımıza baxmayaraq, görüşə ciddi
hazırlaşmışdıq. Lakin oyunun əvvəlində erkən qollar buraxdıq. Şükürlər olsun
ki, sonradan toparlanaraq, lazımı nəticəni qazandıq.
-
Razısan ki, Vobay ilk qolu vurmasaydı, nəticə başqa cür ola bilərdi?
- Əlbəttə, razıyam. İlk 20 dəqiqədə sözün əsl mənasında
şok yaşadıq. Vobayın qolu vaxtında gəldi. Lazım olan anda qol vurmasaydıq,
işimiz daha da çətin ola bilərdi.
-
Penaltini qeyri-adi üsulla yerinə yetirdin...
- Penaltilər zamanı qapıçılar ya sağa, ya da sola
tullanır. Çox nadir qapıçılar var ki, həmin anda mərkəzi bağlayırlar. Həm də
son zamanlar bu tip zərbələr daha tez-tez yerinə yetirilir. Bu səbəbdən mən də
özümü sınamaq qərarına gəldim.
- Əvvəldən
belə qərar qəbul etmişdin ki, penalti olsa, belə yerinə yetirəcəksən, yoxsa həmin
anda keçdi ürəyindən?
- Yox, elə həmin anda istədim.
-
Düşünmədin ki, böyük risk edirsən? Axı zərbən dəqiq alınmasaydı, oyunun sonrakı
gedişatının necə olacağını təsəvvür etmək çətindir. Hətta həmin an matçın
qırılma nöqtəsi də ola bilərdi...
- Sizinlə tam razıyam. Bilirəm, risk etdim. Amma ürəyimdən
belə vurmaq keçdi. Şükürlər olsun ki, komandanı və azarkeşlərimiz məyus etmədim.
-
Azarkeşlərdən söz düşmüşkən, bu gün onların dəstəyini hiss etdin?
- Əlbəttə, hiss etdim. Biz də bu qələbəni məhz
onlar üçün qazanmışıq. Sağ olsunlar ki, gəlib Gürcüstanda da bizi dəstəklədilər.
Növbəti mərhələyə vəsiqə qazanmaqla onları peşman etmədik.
-
Artıq növbəti mərhələdəki rəqib bəllidir. “Hapoel”lə oyunlardan nə gözləyirsən?
- İndi bütün diqqətimizi qarşıdakı matça yönəldəcəyik.
Bizi israillilərlə çox çətin oyunlar gözləyir. Rəqib həqiqətən də güclü
komandadır. Amma biz də zəif deyilik. Uğurlu çıxışımızı davam etdirmək üçün
bütün gücümüzü meydanda qoyacağıq.
-
Ümumiyyətlə, “Jlina” yoxsa “Hapoel”lə qarşılaşmağı istəyirdin?
- Fikrimcə, növbəti rəqibimiz “Jlina” olsaydı, daha
yaxşı olardı. Amma elə də təəssüflənmirəm. Onsuz da hər ikisi güclü rəqib idi.
- Nəyə
görə məhz “Jlina”?
- Çünki israillilər daha texnikalı olurlar. Bu səbəbdən
də “Jlina” ilə görüşməyi istəyirdim. Amma qismət deyilmiş.
- Sonda. Səncə “Neftçi” bu il avrokubokların
qrup mərhələsinə vəsiqə qazana biləcək?
- Bizim də məqsədimiz məhz budur. Tarix yazmaq istəyirik.
İnanıram ki, ən azı Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacağıq.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |