Vladimir Miçoviç: “Bakını çox xoşlayıram və artıq özümü bakılı kimi hiss edirəm”
Avstriyada
təlim-məşq toplanışında olan “Simurq”un “Akhisar Bələdiyəspor”la keçirdiyi
yoldaşlıq görüşündə oyunu izləyənlər arasında tanınmış bir simada var idi. Uzun
müddət “Neftçi”də forma geyinmiş və Azərbaycanda futbolçu karyerasını başa
vurmuş Vladimir Miçoviç “Simurq”un oyununa tamaşa etməyə gəlmişdi. Veteran
qolkiper matçdan sonra “Simurq”un rəsmi internet saytına müsahibə verib.
-
Miçoviç, təcrübəli futbolçu kimi “Simurq” haqqında nə deyə bilərsiz? Bu gün də
komandamızın oyununu izlədiniz.
- Onu deyə bilərəm ki, “Simurq”da hazırda rəhbərliklə
futbolçular arasında əla abuhava var. Bunu həm oteldə, həm də meydanda görmək
olur. Bu günkü oyunda da uşaqlar göstərdi ki, “Simurq” bu il ciddi rəqib
olacaq. Komandanın oyunun çox bəyəndim. Futbolçular həqiqətən meydanda sonadək
mübarizə aparırdı və çalışırdılar.
- Uzun
müddət Azərbaycanda futbol oynamısınız və təbii ki, “Simurq”a qarşı da forma
geymisiz. Həmin dövrdən hansısa maraqlı hadisə yadınızda qalıb?
- Bəli, mən “Neftçi”də oynadığım vaxt “Simurq”a
qarşı çox forma geymişəm. Onu qeyd edim ki, bu oyunlar həmişə həm Bakıda, həm də
Zakatalada bizim üçün çox çətin keçirdi. Bakıdakı bir qarşılaşmanı heç vaxt
yadımdan çıxartmıram. Həmin matçda “Neftçi” mütləq qələbə qazanmalı idi. Ancaq
təəssüf ki, həmin oyunda 1:0 məğlub olduq və çempionluq yolunda çox vacib xal
itirdik. Həmin vaxt “Simurq” həm mənim, həm də “Neftçi”nin əhvalın çox pis
korlamışdı. Ancaq nə etmək olar. Bu futboldur.
-
Komandamızda hansı futbolçularla yaxşı münasibətləriniz var?
- Burda bir çox futbolçu ilə mənim əla münasibətim
var. Bir neçəsi ilə birlikdə oynamışam. Yerli futbolçuların əksəriyyəti ilə tanışam.
Onlar içərisində yaxın dostlarımda var. Klub rəhbərliyində yaxşı tanıyıram və
onlarla burda münasibətdə olduğum üçün çox şad oldum.
-
Futbolçu karyeranızı bitirsəzdə Azərbaycan futbolu ilə, klubları ilə
maraqlanırsız?
- Çox təəssüf ki, futbolçu həyatımı bitirmişəm.
Ancaq qeyd edim ki, mən hələ də Bakıda yaşayıram. Bütün oyunlara baxıram.
Çempionatı yaxından izləyirəm. Bakını çox xoşlayıram və artıq özümü bakılı kimi
hiss edirəm.
- Necə
fikirləşirsiniz, “Simurq” bu mövsüm çempionatda nəticə əldə edə biləcəkmi?
- Əminəm ki, “Simurq” bu il ilk altılığa oynayacaq.
Komandanın bunun üçün əla şansı var. Əlbəttə, mən də buna görə çox şad olaram.
Məmnuniyyətlə bütün oyunlarını yaxından izləyəcəm. “Simurq” həmişə möhkəm
komanda olub. Fikrimcə, yeni mövsümdə istədiyi nəticəyə nail olacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |