“Azərbaycan çempionatında “İnter”lə yanaşı, “Neftçi”, “Xəzər Lənkəran” kimi güclü komandalar mübarizə aparır”
Gələn
həftə Azərbaycana gələrək, “Simurq”la rəsmi müqavilə imzalayacaq bosniyalı Dilaver
Zrnanoviç Zaqatala klubunun rəsmi internet saytına müsahibı verib.
- Əvvəlcə
“Simurq”a xoş gəldin deyirik. İlk təəssüratların necədir?
- Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Gələn həftə
Bakıya gələcəm və rəsmi müqavilə imza atacam. Çalışacam ki, ilk forma geydiyim
gündən mövsümün sonuna qədər yaxşı oyunumla komandamızın turnir cədvəlində yüksəlməsinə
kömək edim.
- Yeni
komandan haqqında nə deyə bilərsən?
- Komandamız hazırda yeni mövsümə hazırlıqlar görür.
Hazırda heyətimizə yeni oyunçular qoşulur. Stepan Poljak kimi futbolçu da artıq
bizimlədir. Fikrimcə, bir neçə nəfər də heyətə əlavə ediləcək. Bizə bir az vaxt
lazımdır ki, birlikdə oynayaq. Bir-birimizi həm həyatda, həm də meydanda tanıyaq.
Əla kollektivimiz var. Komanda rəhbərliyi yaxşı təlim-məşq toplanışı təşkil
edib. Əla məşqçimiz var. Gözəl meydanlarçalarda məşq edirik. Ancaq təbii ki, ən
vacibi qarşıdakı mövsüm və ilk oynumuzdur.
- Azərbaycan futbolu haqqında hansısa
informasiyaya maliksən?
-
Karyeram ərzində yalnız bir dəfə Azərbaycan klubuna qarşı oynamışam. Moskvada
keçirilən “Birlik Kubokun”da “İnter”lə matçda forma geyinmişdim. Həmin vaxt
indiki “Partizan” Minskdə oynayırdım. Ondan sonra bir neçə klublar haqqında
eşitmişdim. Bilirəm ki, Azərbaycan çempionatında “İnter”lə yanaşı, “Neftçi”, “Xəzər
Lənkəran” kimi güclü komandalar mübarizə aparır. Ancaq bu futboldur. Hər kəs öz
oyununu göstərməyə çalışır. Matçlarda bütün gücünlə meydanda mübarizə
aparmalısan ki, qalib gələsən.
- Yeni
mövsümdə ilk rəqibimiz “Qəbələ”dir. Bu oyun haqqında nə düşünürsən?
- Artıq iki həftədir ki, “Simurq”la birlikdə məşq edirəm.
Təbii ki, komandanın bir üzvü kimi yavaş-yavaş rəqiblərimiz haqqında məlumat
toplamağa çalışıram. Burda eşitdiklərimə görə “Qəbələ” də güclü rəqibdir. Bir
neçə təcrübəli futbolçuları var. Ancaq gözləyək, görək necə olacaq. Qarşıdakı
oyunlara yaxşı hazırlaşmalıyıq. Qarşılaşmalara kökləndikdən sonra rəqibin kim
olmasından asılı olmayaraq qorxmağa ehtiyac qalmır. Bizim komandamız hazırda
heyətin formalaşdırıb qurtarmaq üzrədir. Təcrübəli futbolçularla yanaşı gənc
istedadlı üzvlərimiz var. Fikrimcə hər şey qaydasında gedir.
-
Komandamızın Avstriyada təlim-məşq toplanışı necə keçir?
- Toplanış başlayan vaxtdan komandanın düşərgəsinə
qoşulmuşam. Gündə iki dəfə olmaqla məşqlərə çıxırıq. Artıq üç yoldaşlıq
görüşündə gücümüzü yoxlamışıq. Bu gün də sonuncu yoldaşlıq oyununa çıxacağıq.
Komandanın düşərgəsinə hər gün baxışa yeni futbolçular gəlirdi. Hazırda heyətin
formalaşdırılmasına çalışılır. Düşünürəm ki, bu, komandanın daha yaxşı olması
üçün vaxt lazımdır. Toplanışda bircə problemimiz yağışlar idi. Bu səbəbdən
meydançalarda məşq etmək çox ağır olurdu. Xüsusən ilk günlər daha çox taktiki və
fiziki hazırlıqlı təlimlərə çıxırdıq. Qalan hər şey qaydasındadır. Təlim-məşq
toplanışımız professional şəkildə təşkil olunub.
- Bu
mövsüm “Simurq”un azərkeşləri səndən necə oyun gözləsinlər?
- Onlara
söz verə bilərəm ki, forma geydiyim bütün qarşılaşmalarda komandamızın qələbəsi
üçün əlimdən gələni etməyə çalışacam. Sona qədər mübarizə aparacam. Fikrimcə,
biz komanda olaraq yaxşı oyunumuzla azerkeşlərimizi tribunalara səsləməliyik. Mən
də meydanın onlarla dolu olmasını çox xoşlayıram. İnanıram ki, gözəl oyunlarla
qələbələr əldə edəcəyik və bu sevinci azərkeşlərimizlə yaşayacayıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |