"Milan"ın prezidenti: "Barselona"nın yoluyla getməliyik"
"Milan"ın sahibi Silvio Berluskoni maliyyə
problemləri içində boğulan
klubunun "Barselona"nın
yoluyla getməli olduğunu bildirib. Stadium.az xəbər verir ki, "Milan"
məhz kasıbçılıq ucbatından Zlatan İbrahimovic və Tiaqo Silvanı PSJ-yə satdı. Bu
futbolçuların gedişindən sonra azarkeşlər "Milan"ın illik abunə
kartlarını almaqda artıq maraqlı deyillər. Buna baxmayaraq, klubun prezidenti bundan
sonra "La Masia" modelini təqib edəcəklərini açıqlayıb. "Milan
Channel"ə danışan Berluskoni "İqtisadi vəziyyətimiz 90-cı illərdə
olduğu kimi bir transfer dəliliyi yaşamamıza icazə vermir. Son illərdə olduğu kimi özünü sübut
etmiş oyunçuları transfer edə bilmərik. Gənc oyunçulardan
yeni bir komanda yaratmalıyıq. "Barselona" da
bu şəkildə bacardı
və problemlərini aradan qaldırdı. "Milan"da
bunu Maldini, Baresi və Costakurta
kimi ulduzlarla bacarmışdı. Bundan sonra İspan klubunun tutduğu yolla irəliləməliyik"
deyə bildirib.
Berluskoni daha
sonra sözlərinə əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, komandası yenə
çempionluğun əsas namizədlərindən biridir: "Pato, Robinyo, Boatenq, Əl Şaaravi
və Kassano kimi ulduzlarla güclü bir heyətimiz var. "Milan"
bu mövsüm daha yaxşı olacaq. Keçən mövsüm zədəlilərimiz
canımızı çox sıxmışdı. Ümid edirəm ki, qarşıdakı mövsümdə belə
problemimiz olmayacaq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |