Türkiyəli məşqçi Fabio Luis Ramimi yıxdı-sürüdü: “O, “Bank Asya” səviyyəsində futbolçu deyil!”
Türkiyənin
“Karşıyaka” klubunun baş məşqcisi Cihat Arslanın müsahibısi
-
Cihat hoca, sizi Bakıdannarahat edirik. Qəzetdən.
- Nə qəzet? Sizə kim lazımdı?
- Bizə
siz lazımsız. Sizdən bəzi suallara cavab almaq istəyirəm.
- Azərbaycandan mənə indiyədək zəng edən olmayıb. Mən
sizin nəyinizə lazımam? Bəlkə başqa adama zəng vurmusuz, səhvən mənə düşmüsüz?
(gülür)
- Yox,
hocam. Mən elə sizə zəng vurmuşam. Fabio haqda fikirlərinizlə maraqlanmaq istəyirəm.
- Fabio kimdi?
-
Fabio Luis Ramim. Azərbaycan millisinin futbolçusu. Onu tanımırsız?
- Fabio, Fabio… (öz-özünə deyir). Tanıdım.
"Karşıyaka"da idi, göndərdim.
- Bilmək
istəyirəm ki, onu niyə göndərdiz?
- Qardaşım, mən indi yol gedirəm. Sükan
arxasındayam. Sabah zəng vurun, səbəbini sizə deyim.
- İndi
1-2 dəqiqə vaxtınızı alacam. Buna da vaxtınız yoxdu?
- Uzun yola çıxmışam. İstanbuldan Boluya öz
avtomobilimlə gedirəm. Bu dəqiqə Allaha yalvarıram ki, sağ-salamat komandamın
olduğu yerə çatım.
Bu,
Cihat Arslan 2 gün öncə danışıdğımız söhbətdi. "Karşıyaka"nın baş məşqçisi
ilə nədən danışacağımızı, yəqin ki, başa düşdüz. Ötən həftə birinci liqa
klubunun sükanı arxasına əyləşən mütəxəssisdən milliləşdirilən braziliyalı
oyunçudan imtinasının səbəbini öyrənməyə çalışdım. Növbəti gün, dediyi tarixdə
onunla yenidən əlaqə saxlamağa cəhd göstərdim. Aramsız zənglərimə cavab vermədi,
Mesaja da həmçinin. Düşündüm ki, o, məni başından edir, danışmaq istəsəydi,
telefonun "yes" düyməsini bircə dəfə basardı, bununla da bütün
qaranlıq məqamlara aydınlıq gətirərdi. Ondan əlimi üzdüyüm vaxt, dünən günün
birinci yarısında Türkiyədən redaksiya telefonuna zəng gəldi. Cihan Arslan idi,
mesajı gec oxuduğunu deyərək, özünə haqq qazandırdı:
- Qardaşım, bir gün ol yanımda, gör ki, hər dəqiqə
zəng gəlir mənə. Çoxu da menecerlərdi. Tanıdıqlarım, tanımadıqlarım – rahat
buraxmırlar məni. Biliblər ki, "Karşıyaka"ya gəlmişəm, dəqiqədə zəng
vururar, hərəsi min futbolçu təklif edir. Məndə o vaxt hanı, gündə min nəfərlə
danışım. Öz iş-gücüm tökülüb. Böyük keçmişi olan kluba gəlmişəm. Hər dəqiqəm
qızıldı, məsuliyyətdi. Siz gərək məni üzrlü hesab edəsiz. Mən adam kimi adamam.
Bağışlayın ki, telefon nömrənizi tanımadım, yadımdan çıxmışdı. İndi isə
buyurun, eşidirəm sizi.
-
Fabiodan imtina qərarınızı nəyə görə verdiyinizi açıqlaya bilərsiz?
- Sizə bir kəlmə deyəcəm: o, "Bank Asya"
səviyyəsində futbolçu deyil.
- O,
komandayla məşqə çıxmayıb, oyun keçirməyib. Fabionun birinci liqa səviyyəsində
futbolçu olmadığını hardan bildiz?
- 25 ildi futbolun içindəyəm. Özüm vaxtilə futbolçu
olmuşam, "Qalatasaray"da oynamışam. Futbolçunun topa bir toxunuşundan
bilirəm ki, onun səviyyəsi nəyə çatır, gücü nədi. Doğrudu, Fabio komanda ilə məşq
etməyib, İzmirdəki bazamızda ancaq özü üçün qaçıb. Hamı necə, o da elə. Topla rəftarı,
zərbələri pis deyil. Mən onu yerə vurmuram, xeyr. Fabio gördüyümdən qat-qat zəifdi.
Fiziki hazırlığı, meydançanı "görmək" qabiliyyəti aşağıdı. "Bank
Asya"nın özündə belə futbolçuları oynatmırlar. Aşağı liqalarda oynaya bilər,
burda isə yox. Məni "Karşıyaka"ya dəvət ediblər ki, Superliqaya vəsiqə
qazanaq. Ona görə də "Karşıyaka"ya sıradan, səviyyəsi aşağı
futbolçular gətirə bilmərəm.
- Yoxlama
matçlarında şans versəydiz, bəlkə o, özünü yaxşı tərəfdən göstərəcəkdi?
- Siz yenə dediyinizi deyirsiz. Bir məşqçi adı çəkin
ki, öz-özünün düşmənidi. Dedim axı, onda "Bank Asya" potensialını
görsəydim, saxlayardım.
- Mənə
söylədiklərinizi futbolçunun özünə də olduğu kimi çatdırdız?
- Boluya gəlməmişdən öncəki son məşqdə yaxınlaşdım
ona və fikirlərimi qısaca izah etdim.
-
Fabio Azərbaycan millisində 30 oyun keçirib, qol vurub. Belə zəif futbolçu
olsaydı, sizcə, Berti Foqts ona dəvət göndərərdi?
- Foqtsun seçiminə münasibət bildirmək istəmirəm.
Foqts onu çoxdandı milliyə çağırmır, öyrənmişəm. Axırıncı dəfə ötən ilin əvvəlində
milli formanı geyinib. Məşqdə qaçarkən, fikir verdim ki, zədəsi var Fabionun.
Bir ilə yaxındı oynamırmış. Gördüm ki, hələ də köhnə zədənin əziyyətini çəkir, əvvəlki
formasından çox uzaqdı.
-
Fabionu nə vaxtdan tanıyırsız ki?
- İki ildi. Onu ötən ilin əvəlində də mənə təklif
etmişdilər. Onda «Göztəpə»ni çalışdırırdım. Düz 1 il Fabionun oyun disklərinə,
tamamına baxdım. İndiki Fabio ilə disklərdə gördüyüm Fabio arasında ciddi fərq
var. Həminki futbolçu olsaydı, «Karşıyaka»da qalmasına etiraz etməzdim. Mənə
deyirsiz ki, Fabio millinin futbolçusudu, zəif olmaz. Nə olsun, mən də Türkiyə
millisinin futbolçusu olmuşam vaxtilə. Mən də deyim ki, millinin formasını
geyinmişəm, bu dəqiqə çıxıb oynaya bilərəm. Özümü güldürmüş olaram, bunu söyləsəm.
Fabio da o cümlədən. Hər günün bir hökmü var. Fabionun hazırkı durumu bizim
standartlara uyğun gəlmir.
- “Karşıyaka”
onunla müqavilə bağlayıb. Klub rəsmilərlə bu haqda danışmısız?
- Heyət seçimini mən edirəm. Rəhbərlik işimə qarışa
bilməz. Onlara da demişəm ki, bu futbolçu artıqdı, göndərin.
- Nə
söylədilər, etiraz etmədilər?
- Dediyim kimi etdilər.
-
Klubdan şikayətçi olsa, nə edəcəksiz?
- Maddi məsələlərə mən baxmıram. Bu, onunla klub
arasında həll olunmalıdı. Razılaşıb-razılaşmamaları məni maraqlandırmır. Siz
Fabionun, doğrudan da Türkiyədə oynaya biləcəyini düşünürsüz? Fabio 2 ildən
artıqdı Azərbaycanla Türkiyə arasında qalıb. «Karşıyaka»ya gəlməmişdən öncə
«Göztəpə»yə götürülmədi. «Bucaspor»da baxışda olub, bəyənilməyib. «Boluspor»da
iki gün qalıb, üçüncü gün deyiblər ki, lazım deyilsən. «Orduspor» da onunla
müqavilə bağlamaq istəməyib. Məndən qərəz gözləməyin, yaxşı vəziyyətdə gəlsəydi,
hər halda həmkarlarımdan biri onu götürərdi. Görürsüz, Fabionu bəyənməyən tək mən
deyiləm.
- Sizədək
“Karşıyaka”nı Yücel Yıldız çalışıdırıb. Məgər o, futbolçunu görməmiş, müqavilə
bağlamasına razılıq verərdi?
- Yücel hoca Fabionu canlı görməyib.
- Bəs
necə götürüb komandaya?
- Bir menecer təklif edib futbolçunu, o da
tanışlardan kimdənsə Fabio haqda soruşub, deyib, millidə oynayır. Yücel hoca da
baxışa çağırmadan müqavilə bağlanmasına razılaşıb. Bir dəfə canlı izləsəydi, bu
qərarı almazdı.
- “Göztəpə”
ötən il millimizin “Qarabağ”da çıxış edən bəzi futbolçularını heyətinə qatmaq
istəyirdi.
- Həmin vaxt çox çalışdım Azərbaycandan istədiyim
oyunçuları «Göztəpə»yə gətirməyə. Klubdan Ali Gültəkini «Qarabağ»la görüşmək
üçün göndərdik. Üç futbolçu istədim. Rəşad Sadıqov, Rauf Əliyev və Əfran
İsmayılov. Rəşadla özüm də danışdım, israrıma baxmayaraq, «Qarabağ»dan ayrılmaq
istəmədiyini söylədi. Dedi, ermənilərə görə gələ bilmərəm.
- Ermənilərə
görə?
- Rəşadı Türkiyədə oynadığı illərdən tanıyıram.
Oyunlarını yaxından izləmişəm, səviyyəsinə, insanlığına bələdəm.
«Kocaelispor»dakı, «Eskişehirspor»dakı Rəşad beynimdə iz buraxmışdı. «Göztəpə»nin
müdafiədə liderlik keyfiyyəti olan belə futbolçuya ehtiyacını görürdüm.
Danışdım, dedi, hocam, «Qarabağ» ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını
təmsil edir, bu klubu Avropaya tanıtmalıyıq. Mənə söylədikləri qarşısında deyə
biləcəyim heç nə qalmadı, üzüldüm. Gəlsə, bu gün «Karşıyaka»ya alaram Rəşadı.
Raufu da bəyənirəm. Əsl mən istəyən mərkəz hücumçusudu. Başla oynasın, əla
mövqe seçsin, müdafiəni daim pressinqdə saxlasın, narahat etsin. Rauf və Rəşad
«Karşıyaka»nı gücləndirər, Fabio yox.
"Sport-Favorit"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |