London-2012: “Azərbaycanlı idmançının finala yüksəlməsi böyük uğurdur”
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan akademik avarçəkənləri uğurlu çıxışlarını davam etdirirlər. Artıq Aleksandr Aleksandrov finala vəsiqə qazanıb. Avqustun 2-də isə Nataliya Mustafayeva yarımfinal yürüşünə qatılacaq. Bu nailiyyətlərlə əlaqədar Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov müsahibə verib.
- Azərbaycan
olimpiadada ilk dəfə təmsil olunduğu akademik avarçəkmə növündə finala yüksəldi.
Əvvəlcə bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Bu, həqiqətən də tarixi nailiyyət, çox gözəl nəticədir.
Azərbaycan tarixində ilk dəfə akademik avarçəkmə növündə finalda təmsil
olunacaq. Doğrudan da böyük uğurdur. Biz hamımız bununla fəxr edirik. Mən də öz
növbəmdə bütün akademik avarçəkmə azarkeşlərini, ümumiyyətlə, idmansevərləri təbrik
edir və avqustun 3-də keçiriləcək final yürüşündə Saşaya uğurlar arzulayıram.
-
Aleksandrov yarımfinalçılar arasında ən gənci idi. Cəmi 22 yaşında olmasına
baxmayaraq, onun finala çıxacağına inanırdınızmı?
- Ümumiyyətlə, Saşa çox perspektivli, çox güclü
idmançıdır. Mən burada başqa ölkədən olan idmançıların ona yanaşmasını görürəm.
Doğrudan da hamı çox gözəl, dost münasibəti bəsləyir. Diqqət yetirsək,
Aleksandrovun finaldakı 5 rəqibinin 4-ü 30 yaşında və daha yuxarıdır. Ümumiyyətlə,
akademik avarçəkmə növündə təcrübəlilər daha tez-tez finala yüksəlir, medal
qazanırlar. Saşa isə onların arasında ən gəncidir. Rəqiblərdən ən gənci
Aleksandrovdan 7 yaş böyükdür. Bu isə o deməkdir ki, Saşanın potensialı
böyükdür və inşallah, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında daha təcrübəli
və favorit idmançı ola bilər.
-
Avqustun 2-də daha bir akademik avarçəkənimiz Nataliya Mustafayeva yarımfinal
yürüşünə çıxacaq. Daha təcrübəli - 27 yaşında olan Mustafayevadan nə gözləyirsiniz?
- Mustafayeva təcrübəli və çox peşəkar idmançıdır.
O da yarımfinalda çox güclü qrupa düşüb. Ümidvarıq ki, Mustafayeva da gözəl nəticə
göstərəcək. Hamımız onun da finala vəsiqə qazanmasını arzulayırıq.
-
Avarçəkənlərimizə dəstək hansı səviyyədədir?
- Olimpiadada iştirak edən nümayəndə heyəti üzvlərinin çoxu və turistlər
bu gün “Eton Dorney” Avarçəkmə Mərkəzində idilər. Onların hamısı Saşaya
azarkeşlik edirdilər. Qeyd etmək istərdim ki, Böyük Britaniya rəsmiləri tərəfindən
də akademik avarçəkmə növünə böyük maraq var. Bugünkü yarışlara Böyük Britaniya
şahzadələri, kraliçanın bacısı, keçmiş baş nazir də qatılmışdı. Eyni zamanda
ayrı-ayrı ölkələrin idman nazirləri və federasiya prezidentləri də yürüşləri
izləyirdilər. Onların hamısı bir nəfər kimi gənclər və idman naziri Azad Rəhimovu,
nümayəndə heyətimizi bu münasibətlə təbrik etdilər.
Azərbaycan
Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |