London-2012: Aliyə Qarayeva dördüncü oldu YENİLƏNİB
XXX London Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə yarışlara bu gün yekun vurulacaq. Stadium.az xəbər verir ki, çoxnövçülük üzrə keçirilən turnirin finalında mübarizə aparacaq 10 gimanst arasında həmyerlimiz Aliyə Qarayeva da var. Qarayeva çempionluq uğrunda rusiyalılar - Yevgeniya Kanayeva, Dariya Dmitriyeva, bolqarıstanlı Silviya Mitieva, belaruslu Liubou Çarkasina, cənubi koreyalı Son Yeon Jae, ukraynalılar - Alina Maksimenko, Qanna Rizatdinova, polşalı Joanna Mitroş və israilli Neta Rıvkinlə mübarizə aparacaq.
Təsnifat mərhələsində yalnız Kanayeva və Dmitriyevadan geri qalaraq üçüncü olan Qarayeva Bakı vaxtı ilə saat 17:30 başlayan finalda öncə həlqə ilə bacarığını göstərib. İdmançımızın ilk çıxışı hakimlər tərəfindən 27,925 bala layiq görülüb. Bu nəticə ilə Qarayeva hazırda dördüncü pillədə qərarlaşıb.Artıq bütün idmançılar ilk mərhələdi çıxışlarını başa vurdular. İlk mərhələdən sonra Aliyə Qarayeva altıncı pillədə qərarlaşıb.
İdmançımız artıq topla kompozisiyasını da təqdim etdi. Bu dəfə Qarayeva hakimlər tərəfində 27,825 bala layiq görüldü. Hazırda iki hərəkətin cəminə görə gimnastımızın aktivində 55,750 bal var. Bu nəticə ilə Aliyə Qarayeva hazırda üçüncü pillədə pillədə qərarlaşıb. Artıq bütün idmançılar ikinci mərhələdəki çıxışlarını başa vurublar. İkinci mərhələdən sonra Aliyə Qarayeva beşinci pillədə qararlaşıb.
Aliyə daha sonra gürzlərlə bacarığını nümayiş etdirib. Bu dəfə idmançımız hakimlər tərəfində 27,575 bala layiq görülüb. Üç hərəkətin cəmində isə Aliyənin hesabında 83,325 bal var. Bu dəqiqəyə olan nəticələrə görə Aliyə ikincidir. Artıq bütün idmançılar III mərhələdəki çıxışlarını başa vurublar. 3 mərhələdən sonra Aliyə Qarayeva dördüncü pillədə qərarlaşıb.
24 yaşlı Avropa çempionumuz sonda lentlə final mərhələsindəki çıxışını başa vurub. Bu dəfə Aliyə 28,250 bala layiq görülüb. Qarayeva finaldakı çıxışını 111,575 balla başa vurdu. Hələlik idmançımız birincidir. Lakin daha 8 idmançı son mərhələdə çıxış edəcək. Artıq bütün idmançılar çıxışlarını başa vurdular. Təssüf ki, Qarayeva medal qazana bilmədi. İdmançımız yalnız dördüncü olub. İlk iki pillə ruslara qismət olub. Yevgeniya Kanayeva qızıl, Dariya Dmitriyeva gümüş, belaruslu Liubou Çarkasina isə bürünc medal qazanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |