London-2012: Toğrul Əsgərov və Şərif Şərifov olimpiya çempionlarıdır!!! YENİLƏNİB
Bu gün XXX Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarında 60, 84 və 120 kq-da mübarizəyə start verilib. Stadium.az xəbər verir ki, hər 3 çəkidə təmsilçilərimiz mübarizə aparır.
Toğrul
Əsgərov 60 kq
Toğrul Əsgərov ilk mərhələdən azaddır. Güləşçimiz mübarizəyə 1/8 finaldan qoşulub. İdmançımızın ilk rəqibi alman Tim Schleicher olub. Sevindirici haldır ki, Əsgərov turnirə uğurla start verib. Güləşçimiz alman rəqibi üzərində qələbə qazanmaqla 1/4 finala yüksəlib. Bu mərhələdə isə Toğrul Əsgərov Yaponiya güləşçisi Kenichi Yumoto ilə görüşəcək.
Sevindirici haldır ki, Əsgərov ikinci görüşünü də qələbə ilə başa vurub. Güləşçimiz yaponiyalı rəqibi üzərində qələbə qazanmaqla yarımfinala adlayıb. Bu mərhələdə Toğrul Əsgərov ABŞ güləşçisi Scott Coleman ilə qarşılaşacaq.
İdmançımız möhtəşəm çıxışını yarımfinalda da davam etdirib. Amerikalı rəqibi üzərində qələbə qazanmaqla Toğrul Əsgərov finala yüksəlib. idmançımız qızıl medal uğrunda döyüşdə rusiyalı Besik Kudukovla mübarizə aparacaq. Rusiyalı güləşçi əvvəlki mərhələlərdə Puerto Rika, Hindistan, İran və KXDR güləşçilərini məğlub edib. Kudukov son olimpiadada üçüncü olub. O həm də 4 qat dünya çempionudur.
Toğrul Əsgərov Azərbaycana XXX Yay Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırdı. Güləşçimiz rusiyalı rəqibini məğlub edərək, olimpiya çempionu oldu. Ümid edirik ki, Şərif Şərifov da Toğrulun uğurunu təkrarlayacaq.
Şərif Şərifov 84 kq
84-kqda mübarizə aparan Şərif Şərifov da ilk mərhələdən azaddır. Güləşçimiz mübarizəyə 1/8 finaldan qoşulub. İdmançımızın ilk rəqibi türkiyəli İbrahim Bolukbaşıdır. Toğrul Əsgərov kimi Şərif Şərifov da yarışa inamla start verərək, ilk görüşünü qələbə ilə başa vurub. Qardaş ölkə təmsilçisi üzərndə qazanılan qələbə Şərifovu 1/4 finala yüksəldib. Burada isə güləşçimiz ABŞ-ı təmsil edən Jake Herbertlə qarşılaşacaq.
Şərifov da ikinci görüşünü də qələbə ilə başa vurub. Güləşçimiz amerikalı rəqibi üzərində qələbə qazanmaqla yarımfinala adlayıb. Bu mərhələdə Şərifovun rəqibi Ehsan Naser Lashgari olacaq.
Toğrul Əsgərov kimi Şərif Şərifov da finala yüksəlməyi bacarıb. İdmançımız iranlı rəqibi üzərində qələbə qazanmaqla həlledici mərhələyə vəsiqə qazanıb. Finalda Şərifov Puerto Rika güləşçisi Jaime Yusept Espinalla qarşılaşacaq. Qeyd edək ki, Espinal həlledici döyüşədək Nigeriya, Gürcüstan və Belarus güləşçilərinə qalib gəlib. Şərifovun iştirakı ilə final görüşü 23:21-də start götürəcək.
Möhtəşəm!!! Toğrul Əsgərovun ardınca Şərif Şərifov
da olimpiya çempionu oldu. XIV gün ərzində qızıl medla qazana bilməyən Azərbaycan
millisinin üzvləri 1 gündə iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə yüksəldilər.
Şərifov Puerto Riko güləşçisini məğlub edib, olimpiya çempionu oldu və ölkəmizə
XXX Yaya Olimpiya Oyunlarında ikinci qızıl medalı qazandırdı.
Cəmaləddin Maqomedov 120 kq
Ən ağır çəkili güləşçimiz olan Maqomedov ilk mərhələdən mübarizəyə başlayıb. O ilk döyüşündə Rusiya güləşçisi Bilyal Maxovla görüşüb. Təəssüf ki, idmançımız turnirə uğursuz start verərərk, rusiyalı rəqibinə uduzub. Maxov yarımfinalda uduzduğundan idmançımız təsəlliverici döyüşlərə qatılmaq imkanından məhrum olub. Bu isə güləşçimizin turniri medalsız başa vurması deməkdir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |