Dövlət başçısı Respublika stadionunun açılışında iştirak edib FOTOLENT
Avqustun 16-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir
və yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Stadium.az AzərTAc-a
istinadən xəbər verir ki, dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan
Prezidentinə məlumat verdi ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı
təmir və yenidənqurma işləri Koreya Respublikasının “Samhwa Telecom” şirkəti tərəfindən
həyata keçirilmişdir. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə
çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam
uyğun şəkildə yenidən qurulmuşdur. Meydançanın ot örtüyünün alt hissəsində
torpaqbərkitmə işləri yerinə yetirilmiş, drenaj sistemi və Almaniya istehsalı
olan xüsusi isitmə sistemi quraşdırılmışdır.
Stadionun ot örtüyünün yenidən qurulması
Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilmişdir.
Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə
yenidən qurulmuşdur.
Oyunlar zamanı meydançanın işıqlandırılması üçün
köhnə projektor dirəkləri sökülmüş, yeni müasir işıqlandırma sistemi
quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, stadionda tribunaların
üstünün bağlanması üçün Koreya Respublikasından gətirilmiş xüsusi fəza
konstruksiyası quraşdırılmış və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə
davamlı xüsusi membran örtüklə tam örtülmüşdür.
Bildirildi ki, tribunada hər biri 10 nəfərlik 16
“ailə baxış otağı” da inşa edilmişdir. Üst hissəsində böyük monitorun
quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz
edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulmuşdur.
Qeyd edildi ki, tribunanın alt hissəsində dörd
komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş
otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq
nəzarət otağı və digər köməkçi otaqlar yaradılmışdır. Burada, eyni zamanda, mərkəzi
idarəetmə və təhlükəsizliyə nəzarət-müşahidə otağı və şərhçi otaqları inşa
edilmişdir. Bütün otaqlar müasir yanğın təhlükəsizliyi və mərkəzi havalandırma
sistemləri ilə təchiz olunmuşdur. Əlillərin tribunaya qalxmaları üçün xüsusi
lift quraşdırılmışdır.
Məlumat verildi ki, stadionun VİP binası və
tribunası da əsaslı surətdə yenidən qurulmuşdur. Burada, həmçinin Türkiyə
istehsalı olan mebellərlə təchiz edilmiş 205 nəfərlik restoran yaradılmışdır.
Bildirildi ki, stadionda əlavə olaraq məşqlərin
keçirilməsi üçün nəzərdə tutulan mövcud futbol meydançası yenidən qurulmuş,
soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri olan bina inşa
edilmişdir.
Diqqətə çatdırıldı ki, stadionda ot örtüyünün isitmə
sistemini istiliklə təmin etmək üçün qazanxana inşa edilmişdir. Giriş hissədə
eyni vaxta 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılmışdır.
Stadionun fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılmışdır.
Burada quraşdırılmış 44 işıqlandırma dirəyinə təhlükəsizlik nəzarət kameraları
və səsgücləndirici dinamiklər birləşdirilmişdir. Stadionun daxili və xarici
elektrik, su-kanalizasiya, rabitə, internet şəbəkəsi və qaz xətləri tamamilə
yenidən qurulmuşdur.
Ərazidə 2 min kvadratmetr sahədə yaşıllaşdırma işləri
görülmüşdür.
Prezident İlham Əliyev stadionda görülmüş işlərdən
razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |