Lənkəranda dünya çempionatı ilə bağlı konsert keçirilib
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyul ayının 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, rəsmi Kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın inzibati binasında sərgilənəndən sonra avqust ayının 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmiş və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.
Avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna
başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən
başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakı şəhərinə
qayıdacaq.
Avqustun 20-də Lənkəran şəhərindəki Heydər Əliyev
adına parkda 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Rəsmi
Kubok Turunun təbliği məqsədi ilə möhtəşəm konsert proqramı təqdim olunub.
Konsert proqramında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan
2012-nin rəsmi dostu Çingiz Mustafayev, musiqiçi DJ "Merkury", Azərbaycan
Dövlət Rəqs Ansamblı "Odlar Yurdu", tanınmış skripka ifaısı İlkin
Əliyev çıxış ediblər. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov
və digər rəsmi şəxslər konserti izləyib və təşkilati işlərdə köməklik göstəriblər.
Rəsmi Kubok xüsusi təyin olunmuş meydançada yerləşdirilib
və konsert qonaqlarının böyük marağına səbəb olub. Hər kəs Rəsmi Kubok və
çempionatın Rəsmi Maskotu Top Top Qız ilə şəkil çəkdirmək imkanı qazanıb.
Bundan əlavə, parkda çempionatın oyunlarının biletləri
satılıb və qarşıdan gələn böyük futbol turnirinin təbliğat materialları
paylanılıb. Konsert zamanı bir neçə müsabiqə keçirilib və qaliblərə hədiyyələr
təqdim olunub.
Xatırladaq ki, Kuboku qarşılayan növbətli şəhər Gəncə
olacaq. Bununla əlaqədər, Gəncə şəhərinin Azadlıq meydanında avqustun 23-də
saat 20:00-da möhtəşəm konsert proqramı keçiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |