Roberto Karlos “Fənərbaxça”nın düşərgəsində
Bu gün Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində
Moskvada “Spartak”In qonağı olacaq “Fənərbaxça”nın düşərgəsində dünən maraqlı
anlar yaşanıb. Stadium.az xəbər verir ki, bir müddət İstanbul təmsilçisinin
formasını geyən, hazırda isə “Anji”də çalışan Roberto Karlos sabiq komandasını
ziyarət edib. “Fənərbaxça”nın qaldığı otelə gələn Karlos keçmiş komanda
yoldaşları, eləcə də klub rəhbərliyi ilə görüşüb. Braziliyalı futbolçu təəssüratlarını
bölüşüb: “Bura dostlarımı görməyə gəldim.
2 il yarım “Fənərbaxça”da çıxış etmişəm. Bu müddət ərzində özümə xeyli dost
qazandım. Hətta orada oynadığım dövrdə türk dilini də öyrənməyə başlamışdım.
Yekunda “Fənərbaxça” qəlbimdə özünə xüsusi yer etdi. “Kadıköy”də oynamaq üçün
çox darıxmışam. Orada meydana çıxmaq inanılmaz bir hissdir. Buradan azarkeşlərimizə
bir daha salamlarımı göndərirəm. Sosial şəbəkələrdə tez-tez mənə yazırlar. Mən
də onların bu sevgisini cavabsız qoymamağa çalışıram. Həm klubu, həm də şəhəri
çox bəyənirdim. Sabiq komandama “Spartak”la oyunda uğurlar arzuladım. Əziz
Yıldırımı yenidən gördüyüm üçün də çox şad oldum. Həm ona, həm də ailəsinə səbr
diləyirəm. “Fənərbaxça”da oynadığım müddətdə heç vaxt sevgisini məndən sərigəmədi.
Mənim də ona qarşı olan sevgim, hörmətim qarşılıqlı, sonsuzdur”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |