Əfran İsmayılov: “Rəvan” kimi komanda ilə heç-heçəni yaxşı qiymətləndirirəm”
Milli
komandamızın və “Qarabağ”ın üzvü Əfran İsmayılov qarabaghfan.com saytına müsahibə
verib. Stadium.az həmin müsahibəni təqdim edir:
- "Qarabağı"ın
"Rəvan"la görüşü barədə nə deyə bilərsiniz ?
- Onu deyə bilərəm ki, oyun çox gərgin keçdi.
"Rəvan" klubu inadla mübarizə aparırdı. Belə desək, rəqib komanda
bizi yaxşı analiz etmişdi. Onun nəticəsində qol vurmağa çətinlik çəkdik. Gərək
belə komandalarla görüşəndə ilk qolu erkən vurasan, bizdə də belə fürsət
olmadı. Yenə də pis olmadı. "Rəvan" kimi komanda ilə görüşdə 1 xal
qazanmağı yaxşı qiymətləndirirəm.
-
"Rəvan" klubu hansı hallarda üstün oyun sərgiləyə bilirdi?
- Rəqib
komanda yaxşı müdafiə olunurdu, topu özlərində saxlamağı bacarırdılar, əsası
odur ki, qapını toxunulmaz saxala bildilər. Unutmaq lazım deyil ki,"Rəvan"
klubu "Bakı" və "Xəzər-Lənkəran" kimi komandalardan xal
almağı bacarıb. Digər tərəfdən də mən Premyer Liqada çıxış edən heç bir
komandanı zəif saymırıq. Hər bir komanda potensialına uyğun olaraq çıxış edir,
hələ çempionat da yeni başlayıb. İnanıram ki, "Qarabağ" növbəti
görüşlərdə daha inamlı qələbələr qazanacaq.
-
"Rəvan"la görüşdən sonra mətbuat konfransında "Qarabağ"ın
baş məşqçisi Qurban Qurbanov sənin formada olmadığını demişdi. Bununla bağlı
fikirlərini almaq istərdim...
- Bu hal var. Hələ yeni mövsümün bir neçə turu baş
tutub. Komanda da hələ indi normal oyun sərgiləyir. Formada olmamağım da
çempionatın yeni başlaması ilə əlaqədardır. Bu hal keçib gedəcək.
Yadınızdadırsa, zədəli olduğum dönəmdə və ondan sonra da formada deyildim. Amma
çalışıb formamı bərpa etdim. Bu mütləq düzələcək.
-
"Qarabağ" klubu adətən hədəfini açıqlamağa tələsmir, bəzən heç
açıqlamır da...Sən komandanın hədəfini necə görürsən ?
-
"Qarabağ" klubu həmişə iddialı komanda olub və bu mövsüm də
biz bu yolla addımlayacayıq. Hədəfimiz çempion olmaqdır və bundan sonra
Çempionlar Liqasında mübarizə aparmaq niyyətindəyik, bundan əlavə Avropa
Liqasında da çıxış etmək ən böyük uğurlardan biri hesab oluna bilər. Arıtq
vaxtıdır və biz bu amala çatmaq uğrunda mübarizə aparacayıq.
- Azərbaycan
millisinin DÇ- 2014 - ün –seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunları ilə
bağlı milliyə dəvət almısanmı ?
- Bəli, dəvət almışam. Artıq avqustun sonlarından
millinin hazırlığı başlayacaq və mən də bu hazırlıqda iştirak edəcəm.
-
Milli komandamız iki ən güclü komanda ilə qarşılaşacaq. Səncə, ən çətin görüş
hansı olacaq, İsrail, yoxsa Portuqaliya ?
- Düzdür, hər iki komanda iddialı rəqiblərdir.
Ancaq bu hallar bizi qorxuda bilməz. Biz hər oyuna qələbə əzmi ilə çıxırıq, məğlub
olmağımızı heç ağlımızdan belə keçirmirik. İnanıram ki, bu dəfə də rəqiblərimizə
inadlı müqavimət göstərəcəyik. Bizim üçün rəqibin fərqi yoxdur, dəfələrlə olub
ki, doğma azarkeşlər önündə qələbə əldə etmişik. Bunu Türkiyə və digər
oyunlarda qazandığımız qələbələr sübut edə bilər.
-
Unutmaq lazım deyil ki, Portuqaliya millisi daha güclüdür və Azərbaycana hər səfərində
qələbə qazanaraq meydandan xalla ayrılmağı bacarır...
- Orası elədir. Amma bu halla barışmaq olmaz
axı.... Gərək biz elə oynayaq ki, bu dəfə qalib biz olaq və fərqi dəyişə bilək.
Meydana qələbə qazanmaq üçün çıxacayıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |