“Qalatasaray”ın əfsanəsi: “Kruif qadın olsaydı, onunla evlənərdim”
“Qalatasaray”ın əfsanəvi futbolçularından olan George Popesku maraqlı açıqlamalar verib. Stadium.az xəbər verir ki, rumın futbolçu “Barselona”da Yohan Kruifin rəhbərliyi altında çıxış etdiyi illəri xatırlayıb: “Çox təəssüflənirəm ki, Kruiflə uzun müddət birgə çalışa bilmədim. Onun rəhbərliyi altında karyeramın ən gözəl vaxtlarını keçirdim. Həmin vaxt uğursuz çıxış etdik. İspaniya kubokunun finalında, UEFA Kubokunun isə yarımfinalında yenildik. Lakin mən həmin illərimi heç nəyə dəyişmərəm. Bu, “Barselona” erasının başlanğıcı idi. Kruifin təməlini qoyduğu iş Qvardiolanın dönəminədək davam etdi. Lakin həmin vaxt Kruif istədiklərini tam həyata keçirə bilmədi. Çünki uğursuzluqdan sonra onu qovub, əvəzinə Bobbi Robsonu gətirdilər. Düzdür, Robsonla birgə 3 titul qazandıq. Amma mənə Kruflə birgə çalışmaq daha xoş idi. Onun rəhbərliyi altında heç vaxt olmadığı kimi özümə əmin idim. Kruif qadın olsaydı, hər gün ondan mənimlə evlənməsini xahiş edərdim. O hətta məni kapitan təyin etmişdi. Həmin vaxt sarğını Gilyermo Amoradna alıb, mənə vermişdi. Halbuki o “Barselona”nın əfsanəsi idi. Kruifin bu addımını mən də daxil olmaqla heç kim başa düşmədi. Amma mən o cür klubun kapitanı olduğum üçün şərəf duyurdum. Robsonun vaxtında başqa futbol oynayırdıq. Yaxşı xatırlayıram, bir dəfə “Nou Kamp”da 7:0 hesabı ilə qalib gəldik. Lakin azarkeşlər bizi fitə basdılar. Çünki fanatlar Robsonun oyun tərzini bəyənmirdilər”.
Xatırladaq ki, Popesku 1995-ci ildən 1997-ci ilədək
“Barselona”da çıxış edib. Kataloniyalıların heyətində 59 matç keçirib və 9 dəfə
fərqlənib. Daha sonra “Qalatasaray”a keçən Popesku 2001-ci ilədək “Cim-Bom”un
heyətində çıxış edib. Komanda ilə birgə UEFA və Avropa Superkubokunu qazanıb.
Popesku “Qalatasaray”ın heyətində keçirdiyi 110 görüşdə 5 qol vurub. Rumın
müdafiəçi 2003-cü ildə karyerasına son qoyub. Onun sonuncu klubu “Hanover 96”
olub. Popesku 15 il ərzində Rumıniya millisində 115 görüşə çıxıb və 16 qol
vurub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |