“Simurq”un sabiq baş məşqçisi: “Spartak” “Fənərbaxça”nı keçməsə...”
“Simurq”un keçmiş baş məşqçisi Sergey Yuran vaxtı ilə futbolçu kimi şərəfini qoruduğu Moskva “Spartak”ının Çempionlar Liqasındakı şansını dəyərləndirib. Stadium.az xəbər verir ki, Yuran “Spartak”ın play-off mərhələsində “Fənərbaxça”nı üstələyərək, mütləq qrup mərhələsinə yüksəlməli olduğunu düşünür: “Spartak” Unai Emerini ona görə dəvət edib ki, Çempionlar Liqasının qrup mərhələsində oynasın. Əgər, “Spartak” qrup mərhələsindən kənarda qalsa, bu, fiasko olacaq. İspan məşqçini ölkə daxilində uğur qazanmaq üçün gətirməyiblər. Unutmaq lazım deyil, Çempionlar Liqasında çıxış etmək təkcə imic deyil, həm də maddi baxımdan da önəmlidir. Komanda yayda xərclədiyi pulların bir qismini məhz bu yolla geri qaytarmaq əzmindədir. “Fənərbaxça” “sədd”ini uğurla adlamaq üçün “Spartak” ilk oyundakı üstünlüyünü qorumalıdır. Bunun üçün isə ilk növbədə müdafiədə diqqətli oynayıb, hücuma hücumla qarşılıq vermək lazımdır. Əgər komanda öz qapısına doğru çəkilib, hesabı qorumağa çalışsa, bu, heç də yaxşı olmayacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |