“Kəpəz”dən ayrılan futbolçu: “Mahmud Qurbanovun məni "qaralayacağını" bilirdim”
“Kəpəz"lə vidalaşan Renat Sultanov “Sport Favorit” qəzetinə müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
- Klubdan uzaqlaşdırılan 4 futbolçudan birisən. Yerlilərdən ancaq sən artıq idin?
- Özüm də qalmaq istəmirdim. Əvvəldən fikrim var idi ki, rəhbərliklə danışım, klubdan ayrılım.
- Mahmud Qurbanovun səni "qaralayacağını" bilirdin?
- Əlbəttə.
- Hardan bilirdin?
- Başqa səbəblər var. Açıqlamaq istəmirəm.
- Deyilənə görə, Mahmud Qurbanov keçən il "Kəpəz"in formasını geyinmək istəyib, qardaşın Ceyhun Sultanov onun gəlişinə qarşı çıxıb. Buna üçün acığını səndən çıxmasına işarə edirsən?
- Ceyhunu bu söhbətə qatmaq istəmirəm. Məni heç kəs qovmayıb. Özümü o həddə çatdırmaram ki, qovsunlar. Bilirdim ki, yeni baş məşqçi gələndə komandadan çıxarılacam.
- Müqaviləni qarşılıqlı şəkildə pozdun?
- Belə qərara gəldik ki, ikitərəfli pozaq. Transfer vərəqəmi verdilər.
- Öz-özünə sual vermirsən ki, rəhbərlik səndən niyə belə asanlıqla imtina etdi?
- Bu barədə danışmaq istəmirəm. Futbolda belə şeylər olur. Bir gün burdasan, sabah başqa yerdə. Gərək hər cür vəziyyətə hazır olam.
- “Kəpəz"ə Ceyhun görə götürüldüyünü deyirlər. Mümkündü ki, rəhbərlik buna görə səndən imtina etsin?
- Hərə bir söz deyə bilər. Ceyhun mənə kömək edib, baxışa getmişəm. Ondan sonrası məndən asılı idi. Özümü göstərməliydim ki, komandaya götürsünlər. Özümü yaxşı tərəfdən göstərməsəydim, kim idi məni götürən? Oynamağı bacarmasaydım, Gəncədə qala bilməzdim. Mehman Allahverdiyev baş məşqçi olanda, elə ondan sonra da əsas heyətin oyunçusu olmuşam.
- Mirbağır İsayevin vaxtında uzaqlaşdırılmışdın...
- Oyunum bir məşqçinin xoşuna gələ bilər, digərinin yox. Bu, onun fikriydi.
- Mövsümün startında göründü ki, “Kəpəz” çempionata hazır deyil, Fuad İsmayılov işinin öhdəsindən gələ bilmirdi. Futbolçular niyə onu saymırdılar?
- Hamı baş məşqçiyə hörmətlə yanaşırdı. Komandamız pis deyil. Zəif olsaydıq, Gürcüstandakı yoxlama oyunlarında yaxşı nəticə göstərə bilməzdik. Çempionatın ilk turundan oyunumuz alınmadı. “Turan”a öz səhvlərimiz üzündən uduzduq. Kim deyirsə ki, Fuad müəllimi futbolçular saymırdı, ona görə oynamırdılar, yalançıdı.
- Mahmud Qurbanov gələn kimi islahatlara başladı. Belə çıxır ki, komandaya zərbə vuran yalnız çıxarılanlardı.
- Üç oyundan birində oynamışam, mən necə zərbə vura bilərəm? “Xəzər Lənkəran” və AZAL-a qarşı oynamadım.
- Bütün futbolçular zəif oynayıbsa, onda nə üçün bu 4 futbolçu uzaqlaşdırıldı?
- Komanda uduzubsa, hamı günahkardı. Ehtiyat oyunçular skamyasında oturanlardan məşqçilər korpusuna qədər. Burda günahı 3-4 nəfərdə axtarmaq düzgün deyil. Səhv hücumdan başlayır, qapıçıda qurtarır.
- “Kəpəz”in adı oyun alqı-satqısında çox hallanır.
- Bizim komandada elə bir şey olmayıb və ola da bilməz. İnanmıram ki, hansısa oyunçu belə şeyə əl atsın. Bu gün oyun satan, sabah ailəsini satar. Bizim oyunumuz heç cür alınmırdı. O qədər komandalarda oyun alınmadığı olub! Belə çıxır ki, onlar da oyun satırlar?
- Sən deyən kimidisə, Azər Məmmədov haqda söylənilənləri hara yozaq? O, bəyəm ötən mövsüm "Simurq"a oyun satmışdı?
- Qurban sənə, mən elə şeylərə qarışmıram. Başımı aşağı salıb futbol oynayırdım, qalanı mənlik deyil.
- Qardaşın yayda klubdan getdi. Sən də onunla bərabər getsəydin, düzgün addım atmış olardın. O gedən vaxt "Kəpəz"dən imtina edə bilməzdin?
- Qardaşım hara gedirsə, ora getməliyəm? O başqa klubda oynaya bilər, mən də başqasında. Ceyhun "Kəpəz"i tərk edəndə mən rəhbərliklə söhbətləşdim, yenidən müqavilə bağlamağımı istədilər, qaldım.
- Ceyhun "Sumqayıt"a təklif etsəydi, səni ora götürməzdilər?
- İstəmərəm belə olsun. Qardaşımın gücünə futbol oynamıram. Çoxları düşünür ki, Ceyhunun hesabına futbol oynayıram. Hardasa onun da rolu var, amma meydana çıxan mənəm. Bacarmasam, məni heç bir komanda götürməz. Mən də istərdim ki, qardaşımla eyni komandada oynayım. Lakin fikirləşmirəm ki, Ceyhun hara gedirsə, arxasınca məni da dartmalıdı. Həyatda, eləcə də futbolda çalışmışam ki, qardaşımın hesabına deyil, öz adımla tanınım.
- Mahmud Qurbanov gələndə qardaşın sənə dedi ki, Elmir Əliyevlə görüş və ayrıl?
- Ondan məsləhət alıram. Bu isə mənim qərarımdı. "Kəpəz"i tərk edəndə qardaşımın xəbəri yox idi. Zəng vurub, dedi ki, məsləhət bilirsənsə, orda qal. İstəmərəm ki, mənim əvəzimə o qərar versin. Burda onluq heç nə yoxdu.
- Yeni baş məşqçi "Kəpəz"də nəyisə dəyişəcək?
- Hər məğlubiyyətdən sonra azarkeşləri görəndə pis olurdum. İnşallah, güclənər, qələbələr qazanarlar. Mahmuda məşqçilikdə uğurlar arzulayıram. Fuad müəllimlə işləmişəm, Mahmudla yox. Onun necə məşqçi olduğunu bilmirəm. Mahmudun başçılığı altında komandanın necə oynayacağını deyə bilmərəm.
- Bundan sonra hansı komandada oynayacaqsan?
- Hələ ki təklif yoxdu. "Transfer pəncərəsi"nin bağlanmasına az qalıb. Yəqin ki, 2-3 günə bilinər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |