Elxan Məmmədov: “Günümüzün çox hissəsini stadionlarda keçiririk”
AFFA-nın
baş katibi Elxan Məmmədov “Trend” agentliyinə müsahibə verib. Stadium.az həmin
müsahibəni təqdim edir:
- FIFA
U-17 qadınlararası dünya çempionatı sentyabrın 22-də start götürür. Hazırlıq
işləri nə yerdədir?
- Artıq 20 aydır, dünya çempionatının keçirilməsi
ilə bağlı yerli təşkilat komitəsi formalaşıb və hazırlıq işləri gedir. Lakin
çempionatın açılışına 3 ay qalan vaxt daha gərgin iş rejimi ilə seçilir. Artıq
dünya çempionatına 22 gün qalıb və bu mərhələdə günümüzün çox hissəsini
stadionlarda keçiririk, çünki stadionların hazırlığı əsas məsələdir.
Sevindirici haldır ki, son 3 ildə hazırlıq işləri sürətlə aparıldı və ötən 3
ildə 3 stadion - "Dalğa Arena" və sentyabrın 1-də isə Bayıl stadionu
təhvil verildi. "8-ci kilometr" stadionu isə növbəti iki həftə ərzində
təhvil veriləcək. Dünya çempionatının Azərbaycanda keçirilməsi infrastrukturun
inkişafını sürətləndirib. AFFA prezidenti Rövnəq Abdullayev 5 il bundan qabaq
seçilərkən əsas prioritetlərdən biri kimi infrastrukturun inkişafını müəyyənləşdirmişdi.
Həmin vaxtdan bu istiqamətdə işlər başladı, amma dünya çempionatının keçirilməsi
bizi standartları dünya çempionatına uyğunlaşdırmağa və işi sürətləndirməyə məcbur
etdi. Artıq Tofiq Bəhramov adına Respublika stadionu əsaslı təmirdən sonra təhvil
verilib, həmçinin Lənkəran şəhər stadionunda da FIFA tələblərinə uyğun dəyişikliklər
oldu, sentyabrın 15-də hazır olacaq. "Şəfa" stadionunun isə ot örtüyü
dəyişdirilir və sentyabrın 10-na hazır vəziyyətə gətiriləcək. Bundan başqa,
FIFA tərəfindən 17 məşq meydançası tələb olunur və onlarla bağlı vəziyyət də qənaətbəxşdir.
Artıq 17 meydançadan 14-ü hazırdır, 3-ü isə yaxın günlərdə təhvil veriləcək.
Şübhəsiz ki, sonra bunların hamısı Azərbaycan futboluna qalacaq və gələcəkdə
istifadə olunacaq.
- U-17
dünya çempionatında hansı yüksək səviyyəli qonaqların iştirakı gözlənilir?
- Bu, FIFA-nın Azərbaycanda keçirdiyi ilk
çempionatdır. FIFA-nın standartları yüksəkdir. Baxmayaraq ki, bu, 17 yaşlı
qadınlar arasında çempionatdır, dünya çempionatlarının əsas standartları Azərbaycanda
tətbiq olunur. Yeganə olaraq stadionların sayı və tutumu ilə bağlı məsələdə
mundialda qoyulan tələblər öz yerini tapmayıb. FIFA prezidenti Zepp Blatterin səfəri
artıq təsdiqlənib. Bizim üçün bu çox vacib idi, çünki o, dünya futbolunun
prezidentidir, biz onu seçkilərdə dəstəkləmişik, səs vermişik. Azərbaycanla
yanaşı, iştirakçı 15 ölkənin federasiyalarının da rəhbərliyi açılışda təmsil
olunacaq.
-
Hansı sayda xarici vətəndaşların Azərbaycana səfər etməsi gözlənilir? Onların
hotellərlə təminatı işi necə təşkil olunub?
- İştirakçılarla bərabər Azərbaycana 2 minə yaxın əcnəbi
qonağın gəlməsi gözlənilir. Komandalar üçün 6 ay əvvəldən artıq hotellər bron
edilib. Digər qonaqların yerləşdirilməsi isə sərbəstdir.
-
Çempionat ərzində təhlükəsizlik tədbirləri necə həyata keçiriləcək?
- Ən önəmli hal ondan ibarətdir ki, bu dünya
çempionatının keçirilməsi təşəbbüsü irəli sürüləndə ölkə başçısı dəstəklədi və
iki ay bundan qabaq da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncam
imzalandı. Sərəncamdan irəli gələrək bir sıra dövlət qurumlarına çempionatın
keçirilməsinə dəstək olmaq tapşırığı verilib. Bu gün müvafiq dövlət qurumları
artıq AFFA ilə sıx əməkdaşlıq edirlər. Bu önəmli haldır, çünki bir daha beynəlxalq
idman aləminə Azərbaycanda idmana qayğı nümayiş olunur. Gələcəkdə Azərbaycan
daha da böyük futbol turnirlərinin keçirilməsinə iddialıdır. Builki dünya
çempionatı Azərbaycan üçün böyük bir təcrübədir və dünyaya nümayiş etdirməliyik
ki, biz bunu edə bilərik.
-
Bizim U-17 qızların potensialını necə qiymətləndirirsiniz? Çempionatda hansı nəticələri
gözləmək olar?
- Nəzərə almaq lazımdır ki, Azərbaycan yığması bu
dünya çempionatına ev sahibi kimi birbaşa vəsiqə qazanıb. Digər komandalar isə
seçmə mərhələdə bir il mübarizə apararaq bu çempionata vəsiqə qazanıblar. Yəni əminliklə
deyə bilərik ki, digər 15 komanda FİFA-nın 208 üzvündən ən güclü komandalardır.
Bundan başqa, Azərbaycanda qadın futbolunun yeni idman növü olduğunu qəbul etməliyik.
Çempionat iştirakçısı olan 15 komandada qadın futbolu illərlə öncə yaradılıb və
inkişaf etdirilib, biz isə bu işə 20 ay bundan qabaq başlamışıq. FİFA-nın da
dünya çempionatını keçirməkdə əsas həlledici rolu regionlarda qadın futbolunu
inkişaf etdirməkdir. Bu DÇ həqiqətən də Azərbaycan üçün bir başlanğıc oldu.
Hazırda Azərbaycanda 16 komandanın iştirakı ilə U-15 liqası fəaliyyət göstərir
və mütəmadi olaraq hər şənbə və bazar günləri müxtəlif rayonlarda oyunlar
keçirilir. U-17 liqa yaradılıb. UNICEF təşkilatı da dərhal bu liqalara dəstək
olub. 20 ay bundan qabaq yaradılan və deməyə qorxmaram ki, oynaya bilməyən
komanda bu gün MDB-nin 15 respublikası arasında ən güclüsüdür. Biz MDB ölkələrindən
Ukrayna, Gürcüstan, Belarus, Moldova, Latviya yığmalarını məğlub edirik, Rusiya
ilə heç-heçə oynamışıq. Artıq qonşu komandalar Azərbaycana ciddi rəqabət göstərə
bilmir. Digər tərəfdən çempionat iştirakçısı olan 15 komanda ilə müqayisədə
geridəyik. Bu səbəbdən məqsədimiz qrup mərhələsindən növbəti mərhələyə vəsiqə
qazanmaqdır. Əsas odur ki, bizim azarkeşlərimiz stadiona gəlsinlər. Evdə
oturaraq azarkeşlik etmək artıq geridə qaldı. Bu gün anlamalıyıq ki, futbol
arenalarına gəlməklə ancaq azarkeşlik edilmir, bu ümumiyyətlə bir əyləncə
növüdür. Avropa ölkələrində stadionlar dolu olur və bu o demək deyil ki,
oyunlara gələn 45-50 min nəfərin hamısı futbolun dəlisidir. Onların 60 faizi
azarkeşdirsə, qalanları onlarla birgə əyləncə xatirinə gedirlər, atmosferi
yaşayırlar. Təkcə futbol deyil, digər komanda idman növlərində də azarkeşlərin
stadiona gəlməsi vacibdir. Mən hər zaman stadionları teatrla müqayisə edirəm, səhnədə
incəsənət nümayiş etdirirlər, futbol isə idman incəsənətidir. Biz hər kəsi
stadionlara dəvət edirik və hesab edirik ki, bu, Azərbaycan millisinə böyük dəstək
olacaq. Açılış oyununda Azərbaycan yığması Kolumbiyaya qarşı oynayacaq. Ümumiyyətlə,
heç bir komanda idman növlərində Azərbaycan millisi dünya çempionatının final mərhələsində
iştirak etməyib. Bu bir ilkdir və bu da qızlarımızın payına düşür. Ona görə də
buna daha diqqətlə, həyəcanla yanaşmalıyıq. 30 min insan açılış oyununa
yığışsa, komandamız psixoloji üstünlük əldə edərək ilk 3 xalını qazana bilər.
-
Çempionat öncəsi milli komandamızın hazırlıq işləri necə gedir?
- Dünya çempionatına hazırlıq çərçivəsində Bayıl stadionunda
Zambiyaya qarşı yoldaşlıq oyunu keçiriləcək. Bizim qrupumuzda Nigeriya yığması
var və onların futboluna oxşar futbol oynayan yığma ilə görüşmək baş məşqçinin
də tələbi idi. Venesuela yığması ilə də danışıqlar aparılır ki, dünya
çempionatı ərəfəsində yoldaşlıq oyunu keçirilsin. Daha bir müsbət hal ondan
ibarətdir ki, Çin və Kanadanın qadın futbolçuları Azərbaycanda dünya
çempionatından qabaq yoldaşlıq oyunu keçirəcək. Ümumiyyətlə, dünya çempionatı
Azərbaycan iqtisadiyyatı üçün də müsbət nəticələr verəcək, həmçinin Azərbaycanın
reklamı olacaq. Çünki 125-dən çox ölkə canlı yayımla oyunları təqdim edəcək.
Dünya çempionatına dövlətin dəstəyindən başqa, mənəvi dəstək də verildi. Bu bir
daha göstərir ki, Azərbaycanda dövlət idmana və futbola çox yaxındır.
-
Dünya kuboku artıq Azərbaycandadır. Vətəndaşların Dünya kubokunu görmək şansı
oldumu?
- Kubok iyulun 6-da yerli təşkilat komitəsinə təqdim
edilib. Kuboku müxtəlif şəhərlərə apardıq. Kubok Lənkəranda, Gəncədə,
Sumqayıtda səfərdə oldu. Artıq kubok Bakıdadır və sentyabrın 15-də azarkeşlərin
Dənizkənarı Parkda yığıldığı fan-zonada kubok bir daha təqdim olunacaq. Sonra
isə kubok FIFA-nın Azərbaycandakı ofisinə təqdim ediləcək.
-
Bilet satışı necə həyata keçirilir? Aktivlik müşahidə olunurmu?
- Bilet satışı ilk dəfə olaraq onlayn qaydada
aparıldı və artıq bütün stadionlar bir sistemə bağlıdır. Artıq hər kəs onlayn şəkildə
dünyanın istənilən yerindən bilet ala bilər. Bundan başqa, Bakı şəhərinin müxtəlif
yerlərində satış da təşkil olunur. Artıq açılış oyununa təqdim olunan 30 min
biletdən cəmi 8 mini qalıb. Tövsiyə edərdim ki, azarkeşlər, dəstək olmaq istəyənlər
tələssinlər.
- Azərbaycanda
keçirilən bu mötəbər turnirə biznes strukturlarının dəstəyi nə səviyyədədir?
- Bu dünya çempionatına FIFA-nın standart
sponsorlarından başqa yerli sponsorlar da cəlb olunub. Yerli sponsorlar
arasında ARDNŞ, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətləri var. Bütün bu
şirkətlərə minnətdarlığımızı bildiririk, çünki biznesin futbola yaxın olmağını
FIFA-ya nümayiş etdirdik. Artıq televiziyalarda, küçələrdə sponsorların bu
dünya çempionatının aktiv iştirakçılarından biri olduğu görünür.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |