Ruslan Əmircanov: “Tsxadadze də bilir ki, oyunumuzda çatışmayan yeganə cəhət budur”
“İnter”in
müdafiəçisi Ruslan Əmircanov klubun rəsmi internet saytına müsahibə verib.
Stadium.az xəbər verir ki, R.Əmircanov müsahibəsində çempionatın startını dəyərləndirib,
hazırda Gürcüstanda davam edən təlim-məşq toplanışı haqqında danışıb və digər
sualları cavablandırıb.
- Ruslan,
çempionatın startını "İnter" üçün necə dəyərləndirə bilərsən?
- Oyun baxımından heç bir problemimiz yoxdur, bunu
tək biz demirik, kənardan baxanlar da bildirir ki, "İnter" həm
Avrokuboklarda yaxşı futbol göstərdi, həm də çempionatda çox gözəl oyun nümayiş
etdirir. Amma start oyunlarda bəzi çatışmayan cəhətlər də var idi. Məşqçi də
bildirdi ki, oyunumuzda çatışmayan yeganə cəhət qoldur. Biz qol yolunda müəyyən
çətinliklərlə üzləşirik, bunu da bilmirəm bəxtsizliklə əlaqələndirim, yoxsa
başqa faktorlarla. Oyunlarda əlimizdən gələni edir, məşqçinin tapşırıqlarını
yerinə yetiririk, sadəcə qol vura bilmirik. Məhz buna görə ilk 4 oyunun 3-də
xal itirmişik. Bu 4 matçda cəmi 5 xal qazanmışıq, bu da ki, "İnter"ə sərf edə biləcək göstərici deyil.
- Bu mövsüm
ərəfəsində Azərbaycan klubları heyətlərini gücləndirib, bu isə çempionatın daha
gərgin və maraqlı mübarizə şəraitində keçəcəyini bildirir…
- Çempionatın səviyyəsində artım hiss olunur.
Klubların orta səviyyəsində yüksəliş var. Qeyd edə bilərəm ki, AZAL, "Rəvan"
və "Simurq" klubları ötən mövsümlə müqayisədə qat-qat üstün futbol
nümayiş etdirir. Ümumiyyətlə, hazırda çempionatın hər bir rəqibinə qarşı ciddi
hazırlaşmaq lazımdır. Yuxarı pillələr uğrunda oynayan komandalara qarşı
hazırlaşdığımız kimi. Elə "Turan"a qarşı keçirilən sonuncu görüşü bu
fikrə təsdiq kimi göstərə bilərəm. Tovuzda keçirilən görüşdə biz məğlub da ola
blərdik, lakin son dəqiqələrdə komandamız özündə güc tapıb, iki qol
vuraraq qələbə qazana bilmişdi. Bu
komandalara qarşı zəif hazırlaşsaq, bu bizim üçün baha başa gələ bilər.
- Artıq
iki aydır ki, "İnter"in heyətinə qoşulmusan. Bilmək istərdik,
komandada özünü necə hiss edirsən?
- "İnter" peşəkar bir klubdur, burada heç
bir futbolçunun problemi yoxdur. Komandanın rəhbərliyi hər bir oyunçuya yaxşı şərait
yaradır. Komandamızda həm cavan, həm də
təcrübəli futbolçular var və biz bir-birimizə mehriban yanaşırıq. Yaxşı
kollektivimiz var. Məşqlərdə ciddi şəkildə çalışırıq, boş vaxtımız olanda
zarafat da edirik, hər şey öz yerində.
- Hazırda
komandamız Gürcüstanda təlim-məşq toplanışı keçir. Hazırlıq prosesi haqqında nə
deyə bilərsən?
- Baş məşqçi bu toplanışın keçirilməsini məsləhət
görübsə, deməli bu toplanış bizim üçün faydalı olacaq. Biz Avropa Liqası
oyunlarından əvvəl də təlim-məşq toplanışı
keçirmişik və qitəmiqyaslı turnirdə “İnter” fiziki baxımdan rəqiblərdən üstün təsir
bağışlayırdı. Zənnimcə, Gürcüstandakı toplanış əvvəlki toplanışların davamıdır.
Düşünürəm ki, bu toplanışdan sonra biz
çempionatda daha yaxşı çıxış edəcəyik. Hazırkı məşqlər fərqliliyi ilə seçilir.
Mən Kaxaber Tsxadadzenin məşqlərinə hələ “Standart”ın vaxtından bələdəm. Məşq
prosesinə söz ola bilməz, biz Avropa səviyyəli məşqlər keçirik. Bu cür məşqlər futbolçunun inkişafına müsbət
təsir göstərir.
- “İnter”ə transfer olanda da söyləmişdin ki, “Bura məşqçiyə
görə gəlmişəm”…
- Artıq qeyd etdiyim kimi, mən Kaxaber Tsxadadzenin
rəhbərliyi altında hələ “Standart”da çıxış etmişəm. Kaxaber Tsxadadze hər zaman mənə inanırdı və
güvənirdi. Mən əsas heyətdə yer alırdım, məşqçinin tövsiyələrini yerinə yetirməyə
çalışırdım. Etiraf edim ki, “Neftçi”dən
ayrılandan sonra Kaxaber Tsxadadze ilə əlaqə saxladım və klubu tərk etdiyimi
bildirdim, o isə bildirdi ki, məni “İnter”də görmək istəyir. Düzdür, mənim
başqa təkliflərim də var idi, lakin mən gələcək karyeramın inkişafı üçün məhz
“İnter”i seçdim.
- Avqsutun
30-u keçmiş klubun “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Yəqin
ki, keçmiş komanda yoldaşlarını bu qələbə münasibəti ilə təbrik etmisən və
ümummiyətlə, bu uğurla bağlı nə deyə bilərsən?
- “Neftçi”də oynayan futbolçularla tez-tez əlaqə
saxlayıram, bu komandadan ayrılsam da, keçmiş komanda yoldaşlarımla dostluğumuz
davam edir. Bu klubun rəhbərliyindən tutmuş inzibatçıya kimi, hər bir üzvü ilə
yaxşı münasibətdəyəm. Uşaqları qazanılan
bu qələbə münasibəti ilə bir daha təbrik edirəm. Azərbaycan futbolunda hələ belə
uğur olmayıb, bu qələbə ölkəmiz üçün bir futbol bayramı kimi dəyərləndirilib.
“Neftçi” klubuna qrup mərhələsində bundan da böyük uğurlar arzulayıram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |