"Bizim gün"də DÇ-2012-nin təbliğatı
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılışına artıq geri sayım başlayıb. Stadium.az AFFA-nın rəsmi internet saytına isti9nadən xəbər verir ki, 18 gün sonra ölkəmizdə FIFA bayrağı altında start götürəcək ilk dünya çempionatına hazırlıqlar daha intensiv müstəviyə keçirilib. Uzun zamandır müxtəlif yerli kanallarda, radiolarda anonsları verilən, reklamları davam etdirilən çempionat haqqında bu dəfə də Xəzər TV-də danışılıb. Xəzər TV-nin həftə içi səhərlər yayımlanan Bizim Gün proqramına qonaq qismində çempionatın Yerli Təşkilat Komitəsinin nümayəndələri, əməkdar artist Aygün Kazımova, qızlar liqasının oyunçuları, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nın rəsmi maskotu Top Top Qız qatılıb. Proqramda çempionata hazırlıq çərçivəsində görülən işlərdən danışılıb, YTK nümayəndəsinə ünvanlandırılan suallar cavablandırılıb. Aygün Kazımovanın U-17 qızlardan ibarət milli yığmamıza həsr etdiyi “Futbol” adlı mahnı da proqramda ifa olunub. Aygün xanım milli komandamızın çempionat öncəsi təbliğatı üçün indiyə kimi gördüyü mühüm işlərdən danışıb, həmçinin bundan sonra da Azərbaycanda idmanın, xüsusilə qadın futbolunun inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Verilişdə tamaşaçı qismində isə çempionatın könüllüləri və U-15 və U-17 qızlar liqasının oyunçuları, qızlardan ibarət "Fidan" klubunun üzvləri iştirak ediblər. Verilişin sonunda bütün iştirakçılarla xatirə rəsmi çəkdirilib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |