Bandoviç özü gətirdiyi futbolçuya niyə güvənmir? ARAŞDIRMA
“Bakı”nın baş məşqçisi postunda Novruz Əzimovu əvəzləyən
Bojidar Bandoviç təyinatından bir qədər sonra komandaya 2 yeni futbolçu dəvət
etdi. Stadium.az xəbər verir ki, məhz Bandoviçin istəyinə uyğun olaraq Leandro
Rodriqo Beçerra və Evangelos Mantzios komandaya cəlb olundu. Geridə qalan 4 tur
ərzində yunan forvarddan fərqli olaraq, Bandoviç Beçerraya şans verməyib. “26
nömrə” nəinki meydana çıxıb, onun adı heç “18-liy”ə də düşməyib. Maraqlıdır,
Bandoviç özü gətirdiyi futbolçuya niyə güvənmir? Klubu rəsmi saytında yer alan
foto və videolardan görünür ki, argentinalı oyunçunun zədəsi yoxdur. Bəlkə
Beçerranın sənədləri qaydasında deyil? Bu sualla klubun vitse-prezidenti Yaşar
Seyidova müraciət etdik. Klub rəsmisi sənədlərin qaydasında olduğunu bildirdi: “Beçerranın sənədlərində heç bir problem
yoxdur. Onun transfer vərəqi avqustun 1-dən bizdədir, biz də PFL-ə təqdim
etmişik. Yəni futbolçunun meydana çıxmaması üçün heç bir problem yoxdur. Qalanı
baş məşqçidən asılıdır”.
Göründüyü kimi, sualımızın cavabı Bojidar Bandoviçdədir.
Lakin serbiyalı mütəxəssis zənglərimizi cavabsız qoyduğundan Beçerranın
oynamamasının səbəbini serb məşqçidən soruşa bilmədik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |