“Bakı”nın futbolçusu: “Yenidənqurmadan sonra böyük həvəslə “Tofiq Bəhramov”a gedəcəyəm”
“Bakı”nın futbolçusu Əziz Quliyev klubun rəsmi
internet saytına müsahibə verib. Stadium.az xəbər verir ki, gənc futbolçu
tezliklə əvvəlki formasını bərpa etməyə çalışdığını bildirib: “Düzünü desəm, mənim
üçün çətindir, çünki bir aydır ki komandadan kənar qalmışdım. İndi artıq məşqlərə
başlamışam. Əlimdən gələni edirəm ki, tezlikə forma yığım. Zənnimcə, belə davam
eləsəm, “Turan”la oyunda komandama kömək edə bilərəm. “Turan”nan oyundan sonra
bizi Lənkəranda çətin oyun gözləyir. Deyirlər ki, oyun Yevlaxda keçiriləcək. Mənim
üçün daha rahat olmalıdı, çünki mən uzun müddət “Karvan”ın heyətində oynamışam
və həmin meydanı yaxşi tanıyıram”.
Ə.Quliyev millimizin İsraillə oyunu haqda da fikirlərini
açıqlayıb: “Əlbəttə ki, mən Azərbaycan millisinə azarkeşlik edəcəm. Bunun üçün
ikiqat stimul var, çünki milli komandanın heyətinə həmklublarım Elvin və Aqil Məmmədovlar
da çağırılıb. Yenidənqurmadan sonra böyük həvəslə Tofiq Bəhramov adına stadiona
gedib, oyunu canlı izləyəcəyəm”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |