“Xəzər Lənkəran”ın prezidenti Türkiyənin Fəxri Konsulu oldu
Sentyabrın 8-də Azərbaycanın Lənkəran şəhərində
Türkiyə Respublikasının Fəxri Konsulluğu fəaliyyətə başlayıb. Stadium.az xəbər
verir ki, bu münasibətlə keçirilən mərasimdə yerli hökumət strukturları ilə
yanaşı, Azərbaycan və Türkiyənin diplomatik nümayəndəliklərinin əməkdaşları
iştirak ediblər.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin
başçısı Taleh Qaraşov dost və qardaş olan Azərbaycanla Türkiyənin siyasi və
iqtisadi əlaqələrindən danışaraq, Fəxri Konsulluğun bu əlaqələrin daha möhkəmlənməsində
mühüm rol oynayacağına əminliyini ifadə edib.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi
Kılıç, Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür
Paşazadə, Türkiyə Böyük Millət Məclisinin üzvləri Ahmet Arslan və Adnan Yılmaz
da çıxış edərək, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunu, iki
dövlət arasında yaranmış qardaşlıq və dostluğun möhkəm təməl üzərində
qurulduğunu bildiriblər.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən
sonra iştirakçılar Fəxri Konsulluğun yerləşdiyi binada yaradılmış şəraitlə
tanış olublar.
Türkiyənin Lənkərandakı fəxri konsulu Mais Mənsimov
jurnalistlərə müsahibəsində iki qardaş ölkə arasında münasibətlərin daha da
inkişafı, cənub bölgəsinin 7 rayonu üzrə konsulluq xidmətlərinin operativ və
keyfiyyətli görülməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |