Bəhruz Şirəliyev: “Bakı”, “Qarabağ” və “Xəzər Lənkəran”ı məğlub etməyə borcluyuq”
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyevin müsahibəsi
- Bəhruz müəllim, ilk dörd turda “Rəvan”ın sərgilədiyi oyun və qazandığı nəticələr sizi razı salır?
- Gəlin, məsələyə bir az geniş aspektdən yanaşaq.
Çoxları “Rəvan”ı gənc və təcrübəsiz komanda hesab edir. Bu fikirlə hardasa ötən
mövsüm razılaşmaq olardı. Belə ki, debüt ilində həqiqətən də bəzi
qarşılaşmalardan uğurlu nəticələrlə ayrıla bilməməyimizdə təcrübəsizlik öz
sözünü dedi. Artıq heyətimizin əksər üzvləri birlikdə xeyli sayda oyun keçirib,
iddialı komandalarıyla oyunlarda lazımi təcrübəni qazanıb. Həm də ölkədən kənarda
baş tutan təlim-məşq toplanışlarında bəzi xarici klublarla da yoldaşlıq
oyunları keçirmişik. Biz də rəhbərlik olaraq, mövsüm başa çatan kimi keçmişə nəzər
salıb, gələcək üçün ciddi planlar qurduq. Yay fasiləsində ölkə xaricində təlim-məşq
toplanışının təşkili, yeni legionerlərin cəlb olunması kimi addımlar məhz yeni futbol
ilində daha uğurlu nəticə qazanmağa hesablanmışdı. Hər bir insan kimi, biz də çəkdiyimiz
əziyyətin, gördüyümüz işin müsbət sonluğunu görmək arzusundayıq. “Rəvan”ın
oyunlarını izləyənlər komandamızın özünəməxsus üslubunun olduğunu,
futbolçularımızın heç bir rəqibin ad-sanından çəkinmədiyini bilirlər. Bu mənada
yeni mövsümdə hələki qələbə sevincini yaşamamağımız bizi razı sala bilməz.
-
Qarşılaşdığınız rəqiblərin sırasına diqqət yetirəndə, “Qarabağ”, “Xəzər Lənkəran”
kimi rəqiblərə uduzmadığınızı görürük. Sizcə, belə rəqiblərlə oyunda 1 xal
qazanmaq yaxşı nəticə deyil?
- Hər bir rəqibə hörmətlə yanaşırıq. Adlarını
sadaladığınız komandalar Azərbaycan futbolunda özünəməxsus yeri olanlardı. Amma
“Rəvan”ın ambisayaları, yaradılan şərait bizdən hər bir rəqiblə oyunda qələbə qazanmağı, ən azından buna çalışmağı tələb
edir. Biz debüt ilində də “Xəzər Lənkəran”la hər iki qarşılaşmadan heç-heçəylə
ayrılmışdıq, “Qarabağ”dan xal almışdıq. Eləcə də “Bakı”dan. Axı həmin nəticələri
təkrarlamağı özümüz üçün uğur hesab etmirik. Üstəlik, çempionatın reqlamentini
də unutmaq olmaz. Startda qazanılan, yaxud itirilən xalların əhəmiyyəti çox
böyükdü. Əgər qarşımıza ilk “6-lıq”da yer alıb, mükafatlar uğrunda mübarizə
aparmağı məqsəd kimi qoymuşuqsa, bu yolda əsas rəqiblərimizi məğlub etməyə də
borcluyuq.
- Deməli,
Cevat Gülərin istefa göndərilməsinin əsas səbəbi komandanın qələbə qazana bilməməsidi?
- Bəli, biz Cevat bəyi baş məşqçi postuna gətirəndə
onun qarşısına konkret tələblər qoymuşduq. Yay fasiləsində hazırlıq prosesi
çalışdırıcının hazırladığı plan üzrə gerçəkləşdi. Onun bəyənib, seçdiyi
futbolçuları transfer etdik. «Xəzər Lənkəran» və «Bakı» ilə oyunlarda hesabı
açsaq da, sona yaxın qələbə hesabını əldən verdik. Təəssüf ki, keçən lki ilə bu
mövsümün ilk turlarını müqayəsə etdikdə, “Rəvan”ın oyun üslubunda heç də müsbət
sayılmayan dəyişikliklərin olduğunu görürük. Ola bilsin ki, komanda üzvlərində
özünəinam hissinin yetərsizliyiı qələbə qazanmağımıza əngəl oldu. Görünür, rəqibləri
gözümüzdə həddindən artıq böyütmüşük, futbolçularımız onları məğlub etməyin
mümkünlüyünə inana bilməyiblər. Bəzi epizodlarda futbolçular sanki son nöqtəni
qoymağa cəsarət etmirdi. Bütün bu məqamları Cevat bəylə oturub müzakirə etdik,
fikirlərimizi ona çatdırdıq.
-
Türkiyəli mütəxəssisin qəfil gedişi mətbuatda gözlənilən reaksiyanı doğurmadı,
hətta klub tənqid olundu. Hər dəfə Bəhmən Həsənovun boşalan baş məşqçi postuna
gətirilməsi də birmənalı qarşılanmır.
- Çox maraqlı məqama toxunduz. Bu mövzu ətrafında
süni ajiotaj yaradırlar. Bizim jurnalistlərə çox böyük hörmətimiz var, onların
fikirlərinə diqqətlə yanaşırıq. Təəssüf ki, bizi tənqid edənlər arasında elələri
var, bir dəfə də olsun “Rəvan”ın oyunlarını canlı izləməyib, amma haqsız
mühakimə yürüdür. Cevat Gülərlə oturub, müzakirə apardıq, dostcasına
yollarımızı ayırdıq. Təkcə o deyil, indiyə qədər “Rəvan”dan ayrılan istər məşqçi,
istərsə də futbolçular bizdən narazı getməyib. Sadəcə, klubun mənafeyi nəyi tələb
edirsə, həmin addımı atmağa borcluyuq. Gülər uğur qazanmaq üçün zamana ehtiyacı
olduğunu dedi. Biz də həmin zamanın yerli mütəxəssis, illərdi komandanln içində
olduğu üçün heyət üzvlərini daha yaxşı tanıyan Bəhmən müəllimə verməyi daha
doğru addım saydıq. Bu mənada mətbuatın komandamıza, xüsusən Bəhmən Həsənova
qarşı təzyiqlərə əl atmasını, xoşagəlməz söz-söhbətlər yaratmasını düzgün hesab
eləmirəm. Yerli mütəxəssisə dəstək vermək əvəzinə, ona qarşı bu cür davranmaq
kökündən yanlışdı. Burda bir məqama diqqət yetirmək lazımdı. Bəhmən müəllim
bizim klubun əməkdaşıdı. Baş məşqçi postundan ayrılanda belə, o, fəaliyyətini
davam etdirib, komandanın uğuru üçün çalışıb. Cevat Güləri gətirərkən isə onun
təcrübəsi sayəsində həm komandaya, həm də Bəhmən Həsənova faydalı olacağına
ümid edirdik. Təəssüf ki, ondan istədiyimizi ala bilmədik. Bundan sonra Bəhmən
müəllimlə uzunmüddətli əməkdaşlıq edəcəyimizə əmin ola bilərsiz. Onun “Rəvan”ı
uğura daşıması üçün lazımi təcrübəsi və bacarığı formalaşıb. Özü də bacarığını
meydanda sübut etmək həvəsiylə alışıb-yanır.
-
Aydındı ki, Həsənov komandanı hədəfindən uzaqlaşdırmamalı, əksinə, Gülərin
bacarmadığını etməlidi.
- Biz ona birmənalı inanırıq. O, bu bir həftənin içərisində
komandada nələrisə dəyişməyə nail olub. Buna təkcə növbəti oyuna yox, mövsümün əsas
hissəsinə, hədəflərə çatmaq uğrunda mübarizəyə hazırlıq deyərdim. Normal
qaydada məşqlərimizi davam etdiririk. Məşqçilərin planına uyğun olaraq,
hazırlıq oyunları nəzərdə tutulub. Hamımız inanırıq ki, qələbəsizliyə məhz
beşinci turda son qoyub, turnir cədvəlində yuxarılara doğru irəliləməyə
başlayacayıq.
- Gülər
son günlər mətbuatda klubunuzun sponsorları ilə görüşə bilməməsi haqda rəy
verir, puldan danışır. Doğrudanmı onu yalnız pul maraqlandırır?
- Bizim ona hörmətimiz var və belə də davam edəcək.
Gülərin kompensasiya istəməsinə gəlincə, onunla Bakıda da görüşə bilərik. «Rəvan»da
heç kimin pulu qalmayıb. Nə də ki, kiminsə haqqını yemişik.
-
"Rəvan" legioner seçimində nadir hallarda yanılıb. Həsənov isə bu
qısa arada daha 2 yeni transferə ehtiyac duyduğunu bildirib. Axtarışlar davam
edir?
- Slovakiyalı müdafiəçi Roman Koneçnı artıq bizim
futbolçudu. «Transfer pəncərəsi» avqustun 31-də bağlansa da, UEFA-nın
qaydalarına görə transfer hüququ özündə olan legioner ala bilərik. Baş məşqçinin
istəyinə uyğun hərəkət etməyə çalışırıq.
-
“Neftçi”nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması, sizcə, digər
klublarımızın məsuliyyətini artırıb?
- Əvvəlcə fürsətdən istifadə edib, “Neftçi”nin rəhbərliyini,
futbolçularını, bütün azərkeşləri bu münasibətlə təbrik edirəm, komandaya qrup
mərhələsində uğurlar arzulayıram. Bu uğur bizim hamımız üçün ilham mənbəyi,
klub futbolumuz üçün təkan rolunu oynayacaq. İnanıram ki, artıq növbəti mövsümdən
“Rəvan”, eləcə də digər Azərbaycan klubları bu uğurun davamını gətirəcəklər.
Bizim hamımız məhz bu istəklə milli futbolumuzun inkişafına töhvə vermək üçün
çalışırıq.
Sport Favorit
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |