“Azərbaycanla oyunda 2 xal itirməklə İsrail millisi özü-özünə hökm oxudu”
“Azərbaycanla oyunun nəticəsi mənim üçün gözlənilməz
oldu. Çünki oyundan öncə hamı İsraildən qələbə gözləyirdi. Lakin qeydə alınan
heç-heçə ilə İsrail millisi küncə sıxışdı”. Stadium.az xəbər verir ki, bu sözləri
İsrail millisinin sabiq baş məşqçisi Şlomo Şarf “Sport-Ekspress”ə verdiyi
açıqlamada deyib. İsrailli mütəxəssis keçmiş komandasının indi çətin vəziyyətə
düşdüyün söyləyib: “Bakıda iki xal itirdikdən sonra İsrail millisi mütləq
Rusiyaya qalib gəlməlidir. Hətta heç-heçə belə meydan sahiblərini qane etməyəcək.
Amma buna inanmıram. Çünki indiki İsrail millisi evdə belə ruslara qalib gələcək
gücdə deyil. Mən möcüzələrə inanmıram. Çünki 3-4 gün ərzində oyun səviyyəsini dəyişmək
qeyri-mümkündür. Azərbaycanla görüşdə sərgilənən oyunun keyfiyyəti Rusiyaya
qalib gəlmək üçün yetərli deyil”.
Ş.Şarf sabiq yetirmələrinin Bakıdakı çıxışını sərt
tənqid edib: “Bakıda İsrail millisi bərbad oynadı. Nə müdafiə, nə yarımmüdafiə,
nə də hücum xətti öz vəzifəsinin öhdəsindən gələ bildi. Müdafiəçilər inanılmaz
dərəcədə dəhşətli çıxış etdilər. Onlar arasında anlaşma yox dərəcəsində idi. Bu
da təəccüblü deyil. Çünki onlar əvvəllər heç vaxt birgə oynamayıblar”.
Şarf “F” qrupunda yer alan komandaların şanslarını
belə dəyərləndirib: “Qrupun şəksiz liderləri Portuqaliya və Rusiyadır. Azərbaycanla
oyunda 2 xal itirməklə İsrail millisi özü-özünə hökm oxudu. Qarşıdakı Rusiya ilə
oyunda da müsbət çıxışı inanmıram”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |