AFFA prezidenti “Neftçi”ni təbrik etdi
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın inzibati binasında UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə "Neftçi" klubunun kollektivini qəbul edib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Rövnəq Abdullayev "Neftçi"nin bu nailiyyətini Azərbaycan futbol tarixinin ən böyük uğurlarından biri kimi qiymətləndirib: "UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağınız münasibətilə sizi Respublika Prezidenti cənab İlham Əliyevin adından təbrik edirəm. Bu uğuru qazanmaqla "Neftçi" ölkəmizin futbol tarixində yeni bir səhifə açdı. Ümid edirəm ki, Avropa Liqasının qrup mərhələsində də əzmkar mübarizə aparmaqla "Neftçi" bizi sevindirməkdə davam edəcək. Artıq 5 gündən sonra Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaqsınız. Hər birinizə məlumdur ki, ilk oyunun nəticəsi çox əhəmiyyətlidir. Ümidvaram ki, bu oyunda müsbət nəticə əldə etməklə özünəinam hissinizi də gücləndirəcək və gələcək uğurların əsasını qoyacaqsınız".
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev
çıxış edərək bu nailiyyətin qazanılmasında "Neftçi"nin hər bir
üzvünün payı olduğu kimi, futbolun inkişafı məqsədilə AFFA-nın müəyyənləşdirdiyi
strategiyanın da böyük rol oynadığını bildirib və komandaya verdiyi dəstəyə görə
AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
"Neftçi" Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov kluba göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, "Neftçi"nin UEFA Avropa Liqasında keçirəcəyi oyunlar üçün hazırlanmış və üzərində "Rövnəq Abdullayev" yazılmış 75 nömrəli formanı AFFA prezidentinə hədiyyə edib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |