“Xəzər Lənkəran” və “İnter”in həsrət qaldığı hakim “Neftçi”nin oyununda
Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Partizan” - “Neftçi” oyununu Çexiyadan olan Libor Kovarik idarə edəcək. Stadium.az xəbər verir ki, Kovarik 1976-cı il fevralın 23-də anadan olub. 2006-cı il yanvarın 1-dən FİFA referisi statusunu daşıyır. Praqada yaşayan 36 yaşlı ədalət qoruyucusu doğma dili ilə yanaşı alman və ingilis dillərini də bilir. İxtisasca maliyyə analitiki olan Kovarikin hobbisi idmanla yanaşı kino və müasir memarlıqdır.
UEFA-nın birinci kateqoriyalı hakimləri sırasına
daxil olan Kovarik Çexiya çempionatında 2006-cı ildən hakimlik edir. 36 yaşlı
referi geridə qalan 7 mövsüm ərzində “Gambrinus Liqa”da 119 görüş idarə edib.
Bu matçlarda 539 dəfə sarı vərəqə göstərən hakim 31 halda da futbolçuları
meydandan qovub.
İntertoto kuboku, UEFA kuboku, Avroliqa və
Çempionlar Liqasının matçlarına təyinat alan Kovarik U-17, U-19, U-21 və əsas
millilərin də görüşün idarə edib.
Cari mövsümdə “Partizan” - “Neftçi” matçı onun Avroliqa
çərçivəsində idarə edəcəyi sayca dördüncü matç olacaq. Buna qədər təcrübəli
referi ikinci mərhələdə “Skonto” - “Hayduk”, üçüncü turda “Lex” - AİK və
play-offda “Maritimu” - “Dila” görüşlərində fit çalıb. Maraqlıdır ki, çex hakim
buna qədər əvvəlki mərhələlərdə də təmsilçilərimizin oyunlarına təyinat ala bilərdi.
Çünki onun AİK-lə görüşünü idarə etdiyi “Lex” bir tur əvvəl məhz “Xəzər Lənkəran”ı
Avroliqada uzaqlaşdırıb. Cənub klubu Poznan təmsilçisini keçsəydi, məhz
çexiyalı hakim Lənkəran klubunun oyununu idarə edəcəkdi. Eyni sözləri “İnter”
haqda da demək olar. Çünki “Maritimu” üçüncü mərhələdə “İnter”i penaltilərlə
mübarizədən kənarlaşdıran “Asteras”ın qənimi olub.
Buna qədər həmyerlilərimizin görüşünə təyinat almayan Kovarikin yolu serblərlə də kəsişməyib. Əvəzində çex hakimin yolu Türkiyə millisi və klubları ilə kəsişib. 1 il əvvəl onun idarə etdiyi görüşdə “Bursaspor” “Anderlext”ə 1:2 hesabı ilə uduzduğu halda, “Qalatasaray” 3 il əvvəl “Tobol”lə 1:1 bərabərə qalıb. 4 il əvvəl 17 yaşlıların Avropa çempionatının qrup matçında Kovarikin idarə etdiyi görüşdə Türkiyə millisi Hollandiyaya dərs keçib - 3:0. Həmin yarışın finalını idarə edən çex referi eləcə də BATE - “Linfild” (2:0), HİK - “Dinamo” (Zaqreb) (1:2), “Sibir” - “Apollon” (1:0), “Sampdoriya” - “Debretsen” (1:0), “Zenit” - “Hayduk” (2:0), “Mançestr Siti” - “Zalsburq” (3:0) və digər tanınmış klubların oyunlarını idarə edib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |