Bayıl stadionunda "LIVE YOUR GOALS" festivalı
Qadın futbolunun təbliği məqsədilə AFFA-nın təşkilatçılığı ilə FIFA-nın bayrağı altında Bayıl stadionunda "Live Your Goals" festivalı keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, festivaldan öncə təşkil olunmuş mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov, FIFA-nın Üzv Assosiasiyalar və İnkişaf üzrə direktoru Tierri Begenass, FIFA qadın yarışlarının rəhbəri Tatyana Hayenni, əfsanəvi qadın futbolçular Şirli Kruz və Şteffi Cons, həmçinin 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvü Əminə Heydərova jurnalistlərin suallarını cavablandırıblar.
Festivalın əyləncəli konsert hissəsində rəqs ansamblı və tanınmış müğənni, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev çıxış edib.
Qeyd edək ki, bu, qadın futbolunun təbliğatı məqsədilə keçirilən 6-cı "Live Your Goals" festivalı olub. Buna qədər ilk dəfə 2012-ci ilin mart ayında AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da keçirilmiş festival daha sonra apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında Quba Olimpiya İdman Kompleksində, iyulda Şəki şəhər stadionunda, avqust ayında isə Masallı Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |