Benouahi: “Qarabağ” üzərində qələbə qazanmağımızın əsas səbəbi...”
Premyer Liqanın V turu maraqlı və gərgin qarşılaşmalarla yadda qaldı. Ancaq ən gözlənilməz nəticə AZAL - "Qarabağ" matçında qeydə alındı. "Təyyarəçilər"in Ağdam təmsilçisi üçərində 6-2 hesabı ilə inamlı qələbə qazanması futbol ictimaiyyətinin diqqətini AZAL-a yönəltdi. Hazırda 10 xalla turnir cədvəlinin lideri olan AZAL-ın "Qarabağ"la oyundakı qəhrəmanlarından biri Zohair Benouahi www.pfl.az saytına verdiyi açıqlamada uğurların ardının gələcəyinə inandığını söylədi:
“AZAL ötən tur “Qarabağ” üzərində möhtəşəm qələbə
qazandı. AZAL peşəkar futbolçulardan təşkil olunmuş güclü komandadır. “Qarabağ”
üzərində qələbə qazanmağımızın əsas səbəbi oyun boyu nizam-intizamı itirməməyimiz
oldu. Həmin oyunda qol vurduğum üçün şadam. Cari mövsüm yeni başlayıb. Cəmi 4
tur geridə qalıb. Düzdür, AZAL hazırda turnir cədvəlinin lideridir, ancaq
qarşıda uzun və çətin yol var. Biz çalışacağıq ki, çempionatın sonunda da AZAL
turnir cədvəlinin lideri olsun. Komandanın heyətində yüksək fərdi bacarığa
malik futbolçular var. Çempionatda uğurlu start götürdük. 4 oyuna topladığımız
10 xalla ilk pillədə yer alırıq. Bunun davamının da gələcəyinə inanıram”.
“Cari mövsüm mənim üçün də uğurlu başladı. Rəqib
qapılarına 4 qol vura bilmişəm. İnanıram ki, yenə də qollar vuracam. Ancaq mən
qol vurmaqdan daha çox ötürmə verməyi üstün tuturam. Növbəti turda “İnter” ilə
qarşılaşacağıq. Rəqibimiz güclü komandadır, çox yaxşı futbolçuları var. Mənim
keçmiş komanda yoldaşım Tales Şütz də “İnter”in şərəfini qoruyur. Şütz çox
yaxşı futbolçudur. Onun yeni komandası ilə uğur qazanacağına inanıram. “İnter”lə
oyunda da əlimizdən gələni edib turnir cədvəlindəki mövqeyimizi qorumağa
çalışacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |