Yozef Blatter: “İndiyədək heç bir yarışda belə açılış mərasimi olmayıb”
Bu gün Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasimi öncəsi FİFA prezidenti Yozef Blatter Bakıda mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, Blatter mundialın Azərbaycan futbolunun inkişafına xidmət edəcəyini bildirib: “Dünya çempionatının Azərbaycanda keçirilməsi böyük hadisədir. Bu, ölkənizdə futbolun inkişafına xidmət edəcək. Çempionatın fərqli məkanda keçirilməsi təqdirəlayiqdir. Coğrafi cəhətdən baxsaq, ölkəniz müxtəlif sivilizasiyaları birləşdirən məkandır. Elə ona görə də burdayam. Dünya çempionatının keçirilməsinə dövlət səviyyəsində ölkə prezidenti İlham Əliyev, AFFA-nın prezidenti Rövnəq Abdullayev böyük dəstək veriblər”.
FİFA prezidenti açılış mərasiminin yüksək səviyyədə
keçəcəyinə əmindir: “Sabahkı açılış mərasimi möhtəşəm olacaq. İndiyədək heç bir
yarışda belə açılış mərasimi olmayıb. Dünya estradasının ulduzu Cenifer Lopes də
ora dəvət olunub. Belə bir ulduzun gəlməsinin özü böyük hadisədir. Bu, qadın
futbolçular üçün ilin sonuncu möhtəşəm yarışıdır. Olimpiadada qadınların
yarışına 600 min bilet satılmışdı. U-20-lərin dünya çempionatında da qadın
futboluna marağın necə böyük olduğunun şahidi olduq. Azərbaycanda da yarış əla
təşkil olunub. Hər şey FİFA-nın tələblərinə uyğun şəkildədir”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |