Azərbaycan millisinin kapitanı alman məşqçi ilə çalışmaqdan fəxr edir

27.09.2012 | 6481 dəfə oxunub

FIFA U-17 Qadınlararası Dünya Çempionatında keçirdiyi hər iki oyunda meydanı məğlub qismində tərk edən Azərbaycan millisinin kapitanı Əminə Heydərova FİFA-nın saytına müsahibə verib. Stadium.az millimizin kapitanının fikirlərini təqdim edir. Ə.Heydərova millimizin baş məşqçisi Sissi Raytı xeyli tərifləyib:

* Uduzduğumuz oyunlardan sonra belə o, həmişə bizi ruhlandırır, dəstəkləyir, bizim parlaq gələcəyimizə inandığını bildirir və həmişə bizi ümidləndirir. Biz onunla işləməkdən fəxr edirik. Onun qadın futbolunda böyük təcrübəsi və biliyi var.

* Vəzifələrimdən biri onları dəstəkləmək, ruhlandırmaq və fikirlərini növbəti oyuna yönləndirməkdir. Mən həmişə onlara yeni komanda olduğumuz üçün məglubiyyətlərdən məyus olmamağı söyləyirəm.

* İrəlidə uzun yol var. Bizdə nə vaxtsa təcrübəli komandaya çevriləcəyik, lakin hazırda U-17 komandası olaraq turnirin debütantıyıq. Bu sahədə heç bir təcrübəmiz yoxdur və biz hər şeyi sıfırdan başlamalı olmuşduq.

* Hələ ki, biz Nigeriya və Kolumbiyaya qarşı oynamışıq və bu ölkələrdə qadın futbolu 20 və ya 30 ildir ki mövcuddur - artıq bir neçə nəsillər dəyişib, bizə də bu qədər vaxt lazımdır.

* Onların fiziki göstəriciləri onlara qarşı oynamaq üçün bizə çox çətin idi.

* Birinci və ikinci oyunlar arasındakı fərq o idi ki, Nigeriya Kolumbiyadan daha da güclü idi. Lakin əvvəlki hər iki oyunumuzdan gördüyünüz kimi biz axıra qədər mübarizə aparırıq.

* Biz onlarla iki dəfə oynamışıq və hər iki oyunda onlara qalib gəlmişik - bu bir növ bizim üçün Dünya Çempionatına hazırlıq olmuşdur. Sissinin sevincini və alqışlarını görmək möhtəşəm idi. Mən o anları heç vaxt yaddan çıxarmayacam.

* Təbii ki, mən əsas milli komandada oynamaq istəyirəm. Mən öz üzərimdə indiyə qədər çox çalışmışam və çempionatdan sonra da buna davam edəcəm. Mən daha istedadlı və təcrübəli oyunçu olmaq üçün öz üzərimdə çox işləyirəm və yəqin ki, bu istəyimə çatacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail