Ötən mövsümün ən yaxşıları müəyyənləşdi
Ötən mövsüm Premyer Liqanın ən yaxşıları müəyyənləşib. Stadium.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən aparılmış sorğu başa çatıb. İAM ayrı-ayrı nominasiyalar üzrə ən yaxşı oyunçuları və ən yaxşı baş məşqçini müəyyənləşdirib. Sorğuda 37 KİV - televiziya, internet saytları və qəzetlərdə çalışan idman jurnalistlərinin rəyi öyrənilib. Respondentlər aşağıdakı nominasiyalar üzrə ən yaxşıları müəyyənləşdiriblər:
1. Ən yaxşı qapıçı
2. Ən yaxşı müdafiəçi
3. Ən yaxşı yarımmüdafiəçi
4. Ən yaxşı hücumçu
5. Ən yaxşı baş məşqçi
6. Ən yaxşı futbolçu
7. mövsümün tapıntısı (gənc futbolçu)
Sorğuda beynəlxalq futbol qurumları FİFA və UEFA-nın bu sahədəki təcrübəsindən də istifadə olunub. Belə ki, respondentlərin hər bir nominasiya üzrə 3 nəfəri fərqləndirmək imkanı olub. 1-ci yerə 5 xal, 2-ci yerə 3 xal, 3-cü yerə 1 xal müəyyənləşdirilib.
Sorğunu keçirməyi İAM-a həvalə etmiş Peşəkar Futbol Liqası ilə razılaşmaya əsasən, qaliblərin adları oktyabrın 10-da 2011-2012-ci il mövsümünün ən yaxşılarının mükafatlandırılma mərasimində açıqlanacaq.
Bununla belə, ən yaxşı futbolçu nominasiyasında daha çox səs toplamış “3-lüy”ü indidən bəyan edə bilərik. Bunlar Ruslan Abışov, Flavinyo və Bahodir Nasimovdur. Hər üç futbolçu ötən mövsüm “Neftçi” klubunun heyətində çıxış edib. Flavinyo və Nasimovdan fərqli, Abışov hazırda karyerasını “Neftçi”də yox, “Xəzər Lənkəran”da davam etdirir. Mərasim zamanı onların hər üçü səhnəyə dəvət olunacaq və ən çox səs toplamış futbolçu rəsmən açıqlanacaq.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq tədbir saat 18:00-da başlanacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |