Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Lənkəranda yubiley oyunu
27.10.2012 | 3307 dəfə oxunub
Topaz Premyer Liqasının X turunda “Qarabağ”ı qəbul edəcək “Xəzər Lənkəran” tarixində 25-ci dəfə bu rəqiblə qarşılaşacaq. Stadium.az Lənkəran klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, yubiley qarşılaşması ərəfəsində rəqiblər 22 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəliblər. İndiyədək hərəyə 10 dəfə qalib gələn rəqiblər cəmi 4 dəfə heç-heçə ediblər.
Bu tarazlığı Lənkəran şəhər stadionunda pozmağa çalışacaq “Xəzər Lənkəran” top fərqində indi də üstünlüyə malikdir. Komandaların çempionatdakı 22 oyununda hər iki tərəf 9 dəfə sevinib. Daha 4 dəfə 1 xalla ayrılan rəqiblərin oyunlarında Lənkəran təmsilçisi 27. Ağdam klubu isə 21 qol sevinci yaşayıb.
Yeganə kubok duelindəki 2 matçın hərəsində 1 komanda qalib gəlsə də səfər qolu sayəsində mərhələ adlayan məhz “Xəzər Lənkəran” olmuşdu: 1:0 və 1:2.
“Xəzər Lənkəran”ın “Qarabağ”la bütün oyunları
2004/05 | 13.12.2004 | Çempionat | səfərdə | 1:3 |
2004/05 | 15.05.2005 | Çempionat | evdə | 3:0 |
2005/06 | 02.10.2005 | Çempionat | səfərdə | 1:2 |
2005/06 | 01.04.2006 | Çempionat | evdə | 2:0 |
2006/07 | 09.11.2006 | Çempionat | evdə | 2:0 |
2006/07 | 07.05.2007 | Çempionat | səfərdə | 4:1 |
2007/08 | 26.08.2007 | Çempionat | evdə | 2:0 |
2007/08 | 02.03.2008 | Çempionat | səfərdə | 0:2 |
2008/09 | 22.11.2008 | Çempionat | evdə | 1:3 |
2008/09 | 09.05.2009 | Çempionat | səfərdə | 0:1 |
2009/10 | 30.10.2009 | Çempionat | səfərdə | 0:1 |
2009/10 | 13.02.2010 | Çempionat | evdə | 0:0 |
2009/10 | 06.03.2010 | Kubok | səfərdə | 1:2 |
2009/10 | 17.03.2010 | Kubok | evdə | 1:0 |
2009/10 | 03.04.2010 | Çempionat | evdə | 2:1 |
2009/10 | 09.05.2010 | Çempionat | səfərdə | 1:2 |
2009/10 | 30.10.2010 | Çempionat | səfərdə | 1:0 |
2010/11 | 23.12.2010 | Çempionat | evdə | 1:2 |
2010/11 | 10.04.2011 | Çempionat | səfərdə | 0:0 |
2010/11 | 07.05.2011 | Çempionat | evdə | 1:1 |
2010/11 | 17.09.2011 | Çempionat | səfərdə | 1:0 |
2011/12 | 10.12.2011 | Çempionat | evdə | 0:0 |
2011/12 | 11.03.2012 | Çempionat | səfərdə | 0:1 |
2011/12 | 11.05.2012 | Çempionat | evdə | 4:1 |
* İki komandanın oyunlarında 3 böyükhesablı nəticə qeydə alınıb. Hər 3 halda “Xəzər Lənkəran” qələbə qazanıb: 2004/05 mövsümündə 3:0, 2006/07 mövsümündə 4:1 və ötən mövsümün son turunda da 4:1.
* “Qarabağ”la oyunlarda 96 futbolçu “Xəzər Lənkəran”ın formasını geyib.
* Rahid Əmirquliyev hamıdan çox – 18, Kamran Ağayev 16, Radomir Todorov 14 dəfə bu matçlarda iştirak edib.
* Dəqiqə etibarilə “Qarabağ”a qarşı ən çox oynayanlar da bu 3 futbolçudur. Kamran 1440, Rahid 1321, Radomir isə 1228 dəqiqə “Qarabağ”a qarşı oynayıb.
* “Xəzər Lənkəran”ın “Qarabağ”ın qapısından keçirdiyi 29 qola 18 futbolçu imza atıb.
* Samir Əliyev Ağdam təmsilçisini hamıdan çox – 4 dəfə məyus edib.
* Bu oyunlarda Mario Souza – 3, Rəşad Abdullayev, Alim Qurbanov, Emeka Opara, Zaur Ramazanov, Eder Bonfim, Edmond N'Tiamoa – hərəsi 2, İvan Tsvetkov, Adrian Pit, Kristian Martins Kabral, Junior Osvaldo, Konstantin Arbanas, Elmar Baxşıyev, Robert İlyeş, Rendal Brenes, Sadio Tounkara, Xorxe Dias – hərəsi 1 qol vurublar.
* “Qarabağ”la oyunlarda “Xəzər Lənkəran”ın 38 futbolçusu vərəqə ilə cəzalanıb.
* Onlar ümumilikdə 65 vərəqə alıblar.
* Dieqo Souza 6, Elnur Allahverdiyev 5, Alim Qurbanov isə 4 vərəqə alıb.
* Komandanın bu matçlarda meydandan qovulan 2 üzvü isə Dieqo ilə Elnurdur. Onlar hərəyə 1 qırmızı vərəqə alıblar.
* “Qarabağ”la oyunlarda “Xəzər Lənkəran”ın 4 qapıçısı iştirak edib. Kamran Ağayev 16 oyunda 11, Aleksandr Martyoşkin 4 oyunda 5, Dmitri Kramarenko 3 oyunda 6, Kamal Bayramov 1 matçda 1 qol buraxıb.
* “Xəzər Lənkəran”ın “Qarabağ”la oyunlarında 3 penalti təyin olunub. İvan Svetkov komandanın yeganə şansından yararlana bilib.
* Rəqibin zərbələrini isə Kamran Ağayevlə Aleksandr Martyoşkin buraxıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |