Sadıq Sadıqov: "Qəti şəkildə bildirirəm ki, istefalardan söhbət gedə bilməz"
"Neftçi"nin prezidenti Sadıq Sadıqov bu gün klubda baş verən olaylara münasibət bildirib. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytına açıqlama verən Sadıq Sadıqov baş verənlərə belə aydınlıq gətirib:
“Təbii
ki, “Neftçi”nin “Rəvan”a məğlubiyyəti ilə barışa bilmərəm. Çünki, “Neftçi” “Rəvan”
kimi komanda ilə hər oyunuda top buraxmadan qalib gəlməlidir. Buna görə də məğlubiyyətin
səbəbləri mütləq araşdırılmalıdır. Mətbuatda klubun vitse-prezidenti Tahir Süleymanovun, komandanın idman
direktoru Güloğlan Cabbarovun, eləcə də baş
məşqçi Böyükağa Hacıyevin istefa verməsi haqda xəbərlər də yer alıb. Qəti şəkildə
bildirirəm ki, istefalardan söhbət gedə bilməz. Bakıya qayıtdıqdan sonra məşqçilər
korpusundan, həmçinin komandanın rəhbərliyindən hesabat tələb edəcəyəm. Məğlubiyyətin
səbəbləri araşdırılacaq və günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar. Amma,
bir məqama da toxunmaq niyyətindəyəm. Hər kəsə bəllidir ki, futbolumuz tarixində
bir ilkə imza ataraq, Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi”
həm də bütün Azərbaycanı təmsil edir. Ölkəmizin Avrokuboklardakı yeganə ümidi
olan komandamız "Rubin"ə qarşı ağır oyun keçirmişdi. Kazan səfərindən
qaytıdıqdan bir gün sonra növbəti görüşə çıxan futbolçularımızın yorğunluğu öz
sözünü deməyə bilməzdi. Üstəlik, 3 gün aralıqlarla çempionatda daha iki ağır
qarşılaşma bizi gözləyir. Noyabrın 8-də “Neftçi” Bakıda “Rubin”lə cavab görüşünə
çıxacaq. Heyətimiz legioner futbolçularla əsasən gənc olan yerli oyunçulardan
qurulub. Matçlar da onu göstərir ki, futbolçularımız bu cür ağır qrafikə tam
hazır deyillər. Belə olan halda Azərbaycan adını təmsil edən “Neftçi”yə daxili
çempionatda oyunlarının təxirə salınması baxımından müəyyən güzəştlər edilməlidir.
Çünki, üç gündən bir keçirilmiş oyunlar
komandamızın Avrokubok qarşılaşmalarına mənfi təsir edəcək. Nəzərə alsaq ki,
“Rubin” və “Partizan”la doğma azarkeşlər önündə oynayacağıq, az da olsa
Avroliqanın qrupunda şanslarımızın mövcüd olduğunu düşünürəm.
Mən
klub prezidenti kimi bəyan etmək istəyirəm ki, “Neftçi”nin şərəfini qoruyan hər
bir futbolçuya güvənirəm. İnanıram ki, onlar “Rəvan”a məğlubiyyətdən dərs
çıxarıb, qarşıdakı oyunlarda, xüsusən Avroliqa turnirinin qrup matçlarında Azərbaycanlı
xalqını sevindirəcəklər".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |