"Neftçi"nin oyununda "Rubin" və qonaqlar üçün uğursuz hakim
Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək "Neftçi" - "Rubin" oyununu portuqaliyalı hakim Manuel Jorge Neves Moreira Sousanın idarə edəcəyini xəbər vermişdik. İndi isə portuqaliyalı referini yaxından tanıyaq.
Stadium.az
xəbər verir ki, Manuel Jorge Neves 1975-ci ildə iyunun 18-də Portuda anadan
olub. 2006-cı ildən FİFA referisi
statusuna yiyələnib. Portuqal və ingilis dillərini bilir. 2009-cu ildə Portuqaliya
Superkuboku uğrunda matçı idarə edib.
Bugünədək
32 beynəlxalq matçda ədaləti qoruyub. Karyerası ərzində Avroliqa, Çempionlar Liqası,
UEFA və İntertoto kubokunun, millilər səviyyəsində isə dünya və Avropa çempionatlarının
seçmə mərhələ oyunlarına təyinat alıb. Karyerası ərzində bir çox mühüm oyunları
idarə etməsinə baxmayaraq, portuqaliyalı hakimin yolu heç vaxt Azərbaycan
millisi və klubları kəsişməyib. Lakin eyni sözü ruslar haqda demək olmaz. Manuel
Jorge Neves 3 dəfə rusların oyununa təyinat alıb. Onu ruslar üçün uğurlu, lakin
"Rubin" üçün uğursuz hakim adlandırmaq olar. Çünki ötən il
"Rubin" məhz portuqaliyalı referinin idarə etdiyi görüşdə Avroliqanın
qrup mərhələsinin üçüncü turu çərçivəsində səfərdə "Tottenhem"ə
uduzub - 0:1. 2011-ci il oktyabrın 20-də baş tutan həmin matçda Manuel Jorge
Neves London klubunun futbolçularını cəzalandırmadığı halda, "Rubin"in
3 futbolçusuna sarı vərəqə göstərib. Onun idarə etdiyi matçlarda 2 il əvvəl
Avroliqanın qrup mərhələsi çərçivəsində Moskva ÇSKA-sı "Palermo"nu
3:1, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində isə Rusiya
millisi səfərdə Uelsi 3:1 məğlub edib.
"Neftçi"
- "Rubin" görüşü Manuel Jorge Nevesin cari mövsüm Avroliqada idarə edəcəyi
sayca dördüncü görüş olacaq. Buna qədər o üçüncü təsnifat mərhələsində
"Herenven" - "Rapid" (4:0) play-off-da "İnter" -
"Vasluy" (2:2) və qrup mərhələsində "Sparta" -
"Atletik" (3:1) oyunlarına fit çalıb.
O da
maraqlıdır ki, son 2 ildə portuqaliyalı hakimin idarə etdiyi avrokubok
oyunlarında yalnız Madrid "Real"ı səfərdə qələbə qazanıb. Qalan
görüşlərdə ya meydan sahibləri qalib gəlib, ya da heç-heçə olub.
Xatırladaq
ki. "Neftçi" - "Rubin" oyunu noyabrən 8-də keçiriləcək.
Qarşılaşma saat 21:00-da start götürəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |