I divizionun qalibləri mükafatlandırıldı
Bu gün keçirilən mərasimlə futbol üzrə Azərbaycan I divizionunun 2011/2012-ci il mövsümünün qalibləri mükafatlandırılmışdır. Stadium.az xəbər verir ki, bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirmişdir: “Qalibləri təbrik edirəm, bu mövsümdə də komandalara uğurlar arzulayıram. “Qaradağ Lökbatan” və “Neftçala” ötən mövsüm Premyer Liqada iştirak etmək üçün vəsiqə qazandılar. Lakin lisenziyalaşma qaydalarını yerinə yetirmədiklərindən Premyer Liqada iştirak edə bilmədilər. Bundan öncəki mövsüm “Abşeron” klubu qalib olsa da komanda Premyer Liqada iştirak etmədi. Premyer Liqaya vəsiqə qazanan I divizion komandaları üçün müəyyən etdiyimiz pul mükafatı yalnız klubların Premyer Liqada iştirak etməsi halında nəzərdə tutulub. Ona görə də klub rəhbərlərini daha diqqətli olmağa, lazımi lisenziya qaydalarını keçməyə çağırıram. Bu gənc futbolçular hal-hazırda Premyer Liqada oynamalı idilər. Futbolumuzda inkişafdan danışırıqsa, 20 il bu inkişafa qiymət vermək üçün qısa bir zamandır. Bu gün həm də futbol bayramıdır. “Neftçi” klubu Avropa Liqasında növbəti oyununa çıxır. İnanıram ki, “Neftçi” “Rubin” komandasına qalib gələrək hamımızı sevindirəcək. Hər bir komandaya uğurlar arzulayıram”.
Daha sonra futbol üzrə Azərbaycan I divizionunun 2011/2012-ci il mövsümündə ikinci yeri tutmuş “Neftçala” və birinci yeri tutmuş “Qaradağ Lökbatan” klubuna müvafiq olaraq gümüş və qızıl medallar təqdim olundu.
Medalların təqdimatından sonra isə futbol üzrə Azərbaycan I divizionunun bombardirləri olmuş “Neftçala” klubunun futbolçusu Aqşin Həşimova və “Şahdağ”ın futbolçusu Zahid Tayibova mükafat təqdim olunmuşdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |