"Neftçi"dən Əhmədova ad günü hədiyyəsi
"Neftçi"nin məşqçisi Tərlan Əhmədov bu gün ad gününü qeyd edir. Stadium.az xəbər verir ki, 1971-ci ilin 17 noyabrında dünyaya gələn Əhmədovun 41 yaşı tamam olur. Maraqlıdır ki, Əhmədov SSRİ dövründə Avropa və Dünya çempionu olsa da, Azərbaycan çempionu ola bilməyib. O, ölkəmizin ən iddialı klublarında - "Neftçi", "Qarabağ", "Turan" və "Karvan"da forma geyinib. "Olimpik"ə isə 2006-cı ildə baş məşqçi Əsgər Abdullayev tərəfindən dəvət olunub. 2009-cu ildə karyerasını başa vurub. Futbolçu karyerasını Bakının "Olimpik" klubunda bitirən 38 yaşlı veteran müdafiəçi əvvəlcə "Xəzər-Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadovun köməkçisi təyin edilib. Daha sonra isə Əhmədov "Neftçi" çalışmağa başlayıb və bu gün də məşqçi kimi karyerasını məhz flaqmanda davam etdirir.
Bir çox
futbolçular Əhmədovun yığma karyerasına da həsəd apara bilər. O, ölkənin bir
nömrəli komandasında 75 oyun keçirib, yığmanın kapitan sarğısını ən çox qoluna
taxmış futbolçulardan olub. Əhmədov 1999-cu ildə Azərbaycanda ilin futbolçusu
seçilib. Bu gün 41 yaşını qeyd edən Əhmədova komandası Topaz Prmeyer Liqasının
XIII turunda "Sumqayıt" üzərində möhtəşəm qələbə qazanmaqla ad günü hədiyyəsi
etdilər.
Stadium.az
saytının kollektivi də Tərlan bəyi təbrik edir. Azərbaycanın futbolunun ən
istedadlı yetirmələrindən olan Əhmədova uzun ömür, can sağlığı, eləcə də möhtəşəm
məşqçi karyerası arzu edirik.
Tərlan Əhmədovun karyerası
Ölkə daxilində
1992
"Turan" 6 oyun
1993/94
"Qarabağ" 26 (6 qol)
1994/95
"Qarabağ" 18 (4)
1995/96
"Qarabağ" 21 (2)
1996/97
"Qarabağ" 26 (8)
1997/98
U-18 1
1998/99
"Şəfa" 8 - "Neftçi" 9
1999/2000
"Neftçi" 7 (2)
2000/01
"Neftçi" 14 (4)
2001/02
"Neftçi" 4 - "Şəfa" 17 (2)
2003/04
"Qarabağ" 11
2004/05
"Karvan" 27
2005/06
"Karvan" 11
2006/07
"Olimpik" 23 (1)
2008/09
"Olimpik" 23
cəmi:
278 oyun (36 qol)
...Ölkədən kənarda
1993
"Terek" (Rusiya, 1-ci dəstə) 14 oyun
1997
"Anji" (Rusiya, 1-ci dəstə) 7 oyun (1 qol)
2000
"Fakel (Rusiya, premyer-liqa) 7 oyun
2003/04
"Volın" (Ukrayna, yüksək liqa) 22 oyun
cəmi: 50
oyun (1 qol)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |