Rail Məlikov Bakıya qayıdır
"Neftçi"dən ayrıldıqdan sonra karyerasını Türkiyənin birinci divizyonunda mübarizə aparan "Dənizlispor"da davam etdirən Rail Məlikov Bakıya qayıdır. Bu barədə Məlikov özü qəzetimizə açıqlamasında bildirdi: "Bu gün doğma meydanda "Adanaspor"la qarşılaşacağıq. Bu qarşılaşma başa çatandan sonra isə İstanbula, ordan da Bakıya yollanacam. İnşallah bazar ertəsi səhər vətəndə olacam. Bakıya qayıtmağımda əsas məqsəd burada qalmaq üçün kimlik almağıma lazım olacaq sənədləşmə işlərini yoluna qoymaqdır. 3 gün Bakıda qalacam, bu müddətdə həm yaxınlarımla vaxt keçirəcəm, həm da işlərimi qaydasına qoymağa çalışacam".
Məlikov hazırda komandadakı vəziyyət barədə də məlumat verdi: "Turnir vəziyyəti baxımından işimiz o qədər də asan deyil. İndi bizi düşmə xəttindən cəmi bir xal ayrır. Əgər "Adanaspor"qa alib gəlsək, vəziyyətmiz xeyli yaxşılaşacaq. Çünki qələbə sayəsində turnir cədvəlində 7-ci olan "Adanaspor"la xal fərqimiz cəmi iki olacaq. Yeni məşqçimizin gəlişindən sonra komandada bir çox dəyişikliklər edildi. Heyətdən beş futbolçu göndərilib, İnşallah qələbə qazanıb işimizi asanlaşdırarıq".
Məlikov "Dənizlispor"da bütün oyunları əvəzolunmadan keçirsə də, millidən kənarda qalıb. Rail bu məsələyə toxunmaqla yanaşı, millinin bir neçə gün əvvəl keçrilən Şimali İrlandiya ilə oyununa da toxundu: "Nə bilim, milliyə dəvət almamağımı Foqtsdan soruşsaz daha yaxşı olar. Hazırda millidə elə futbolçular yer alır ki, onlardan bəziləri komandalarında əsas heyət üzünə həsrət qalıb. Mən isə "Dənizlispor"da bütün oyunları əvəzolunmadan keçirirəm. Əgər mənə dəvət gəlmirsə, bunun günahı məndə deyil. Son oyunda xal qazandıqları üçün futbolçuları təbrik edirəm, amma Belfastdan 3 xalla da dönmək olardı. Bunun üçünsə ilk növbədə qorxaq futbol oynamaq lazım deyildi. İrlandiya ilə Luksenburq da 1:1 oynayır, biz də. Yəni ortada elə də böyük nəticə yoxdur".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |