Zeynal Məmmədov: "Elçin Məmmədov bizim oyuna heç-heçə üçün göndərilmişdi"
"Bakı" klubunun rəhbərliyi dünən "Neftçi"yə qarşı keçirilən 39-cu paytaxt derbisində baş hakim Elçin Məmmədovun idarəçiliyindən narazı qalıb. Stadium.az xəbər verir ki, "zolaqlılar"ın baş meneceri Zeynal Məmmədov sözügedən məsələ ilə bağlı “Sport Favorit” qəzetinə açıqlama verib:
“Komandamın oyunundan razı qalmadım. “Xəzər Lənkəran”a qarşı oynadıqları oyunu göstərə bilmədilər. Amma “Neftçi”dən yaxşı oynadılar. Bu oyun göstərdi ki, “Bakı” futbol oynayır. Yenə də haqsızlıqlarla üzləşirik. Bunu hamı gördü. “Qarabağ”la oyunda da bugünkü hər şey təkrar olundu. Biz hakimi mühakimə eləmək istəmirik. Amma bunu minlərlə insan, tamaşaçı gördü. Mənə elə gəlir ki, şərhə ehtiyac yoxdur. Elçin Məmmədov bura heç-heçə üçün göndərilmişdi. Bir epizod oldu, top cərimə meydançasında yerə dəyib Edemir Rodrigesin əlinə toxundu. Həmin vaxt baş hakim qapımıza penalti təyin edə bilərdi, etməyə də bilərdi. Hesab 0:0 olduğu üçün buna ehtiyac yox idi. Penalti verdiyi epizodda isə 11 metrlik cərimə zərbəsindən söhbət belə gedə bilməzdi. Bu da səbəbsiz deyildi. Hakim imkan vermədi ki, “Bakı” bir neçə dəqiqə hesabda irəli olsun. Ona görə deyirəm ki, Elçin Məmmədov bu oyuna heç-heçə üçün göndərilmişdi. Xüsusi tapşırıq almışdı ki, “Bakı”nı udmağa qoymasın. İkinci qol artırma dəqiqələrində “rekoşet”dən qapımıza vuruldu. Sürpriz bir qol oldu. Yoxsa, oyun heç-heçəyə gedəcəkdi. Bunu oyuna baxan adamlar da sezdilər. Elçin heç-heçəyə oyun aparırdı. Son dəqiqələrdə vurulan qol bütün planları pozdu. Deyim ki, “Neftçi” güclü oynadı, xeyr. Rəqib 3 gün öncə Avroliqada oyuna çıxmışdı. Onlarda yorğunluq hiss olunurdu. “Bakı” meydanda “Neftçi”dən daha üstün görünürdü. Şanslarımız daha çox idi. Mən öz futbolçularımla fəxr edirəm. Çünki hücumçusuz oynayırdıq. İkinci turdu ki, meydançaya hücumçusuz çıxırıq və qol vururuq. Komanda forvardsız qalsa da, öz oyununu göstərir. Fikrimcə, hücumçumuz olsaydı, hər şey tam başqa cür olardı. Uduzulası oyun deyildi. Bizim qoldan sonra Elçin Məmmədov dərhal oyunda tarazlıq yaratdı. “Qarabağ”la oyun təkrar olundu. Hər şey ortadadır. Bütün insanlar izləyir. Hamı Azərbaycan futbolunda nələrin baş verdiyini görür. Ola bilər ki, “Qarabağ”la oyunda bir balaca əsəblərimi cilovlaya bilmədim. Amma mən tərəfindən heç kimə təhqir olmayıb. Ona görə də fikirləşirəm ki, mənə cəza verilməsi düzgün deyil. Olan hadisələrə baxılır və cəzalar verilir. Kimə nə cəza verir. Elçin Məmmədov da göstərdi ki, son vaxtlar “Bakı”ya necə münasibət bəslənilir. Nə mətbuat konfransı keçirmək, nə də AFFA-ya müraciət etmək fikrimiz var. Bu belədi və belə də davam edəcək. Guya, mətbuat konfransı keçirsək, nə düzələcək? Hər şeyə kənardan baxan jurnalistlər qərar verməlidir. Bizim nəsə deməyimiz düzgün çıxmaz”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |