"Rəvan" Alispahiçi də istefaya göndərdi
Bakının “Rəvan” futbol klubunun baş məşqçisi Kemal Alispahiç istefaya göndərilib. Stadium.az Lent.az-a istinadən xəbər verir ki, bu haqda klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. O bildirib ki, səbəb komandanın mövsümün ilk yarısındakı zəif nəticələri və Azərbaycan Premyer Liqasının XVIII turunda “Simurq”la oyun zamanı legioner limitinin pozulmasıdır.
“Simurq”un 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 68-ci dəqiqəsində “Rəvan”ın heyətində Tural Cəlilovun əvəzinə meydana Nemanya Vidakoviç çıxıb. 4 dəqiqə meydanda 8 legionerlə oynayan “Rəvan” bu səhvini 72-ci dəqiqədə Fransis Bosmanı Rüfət Cəlilovla əvəzləyəndən sonra düzəldib. Azərbaycan çempionatında çıxış edən komandalar start heyətində 7 legionerlə meydançaya çıxmalıdır. Bunlardan da 4-ü yerli futbolçu olmalıdır. Həmçinin bu 4 futbolçudan 1-in yaşı 21-dən yuxarı olmamalıdır.
Şirəliyevin sözlərinə görə, bu qaydaya əməl etməmək baş məşqçi üçün çox ciddi səhvdir: “Belə hərəkət baş məşqçiyə yaraşmaz. Baş məşqçi həm nəticəyə, həm də legioner limitinə əməl etməyə cavabdehdir. Arxada qalan 18 tur ərzində göstərdiyimiz nəticə isə ürəkaçan deyil. 12 komanda arasında 16 xalla 11-ci pillə bizim hədəflərimizə uyğun deyil. Ona görə də Alispahiçlə yollarımızı ayırmağa qərar verdik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |