“İnter”in tarixində belə şey olmamışdı
“İnter”in qapıçısı Georgi Lomaya klub tarixinin yeni rekordunu müəyyənləşdirib. Stadium.az xəbər verir ki, Topaz Premyer Liqasının XVIII turunun “Bakı” ilə qarşılaşmasında da qapısından qol buraxmayan qolkiper ardıcıl 6-cı “quru” oyununu keçirməklə buna nail olub. “İnter”in tarixində belə seriya qeydə alınmamışdı.
Gürcüstanlı qapıçı sonuncu dəfə XI turun “Kəpəz”lə matçında qol buraxmışdı. Bu il oktyabrın 30-da “Şəfa”dakı matçın 5-ci dəqiqəsində Elxan Əzizovun zərbəsi qarşısında aciz qalan Lomaya bundan sonra 6 görüşdə qol buraxmayıb. Həmin qarşılaşmanın digər 85 dəqiqəsi, həmçinin “Sumqayıt”, “Turan”, “Rəvan”, AZAL, “Kəpəz” və indi “Bakı” ilə matçın hərəsinin 90 dəqiqəsini Georginin qapısına yol tapan olmayıb.
Bununla da Lomaya 2 rekordu yeniləyib. O, özünə məxsus olan mövsümün quru seriyasını 625-ə çatdırıb. Bu, həm də “İnter”in tarixində görünməmiş nəticədir. Hər 2 rekord 561 dəqiqəyə bərabər idi və məhz oktyabrın 30-da Elxan Əzizov tərəfindən qırılmışdı.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) qeydə aldığı dünyanın ən uzun quru seriyalarının sırasına düşmək üçün Lomayaya 35 dəqiqə çatmır. Belə ki, Azərbaycan klublarının qapıçılarına məxsus 16 göstəricinin də yer aldığı İFFHS-in siyahısına düşmək üçün hər qolkiperə 660 dəqiqə lazımdır. Georgi bunu artıq dekabrın 25-də gerçəkləşdirə bilər. Həmin gün VII turdan təxirə salınan qarşılaşmada “İnter” – “Neftçi”ni qəbul edəcək. Son 2 mövsümün çempionu ilə qarşılaşmanın ilk 35 dəqiqəsində qol buraxmaması Lomayanı həmin siyahıya düşməsinə kömək edəcək.
Qeyd edək ki, bu müddətdə “İnter”in qol buraxdığı “Simurq”la görüşdə Lomaya oynamamış, qapıda Revaz Tevdoradze dayanmışdı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |