Topaz Premyer Liqası: azarkeş sayı
Topaz Premyer Liqasının 18-ci turundan sonra yarışda qış fasiləsi yaranıb. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, qış fasiləsinə kimi baş tutmalı olan 108 oyundan 2-si gələn ilə təxirə salınıb. Daha 1 qarşılaşma – “Simurq” – “Rəvan” matçının nəticəsi ləğv olunub. Bir sözlə, mövsümün ilk bölümü 105 matçla tamamlanıb.
Bu müddətdə baş tutan 105 görüşdə 214.470 tamaşaçı qeydə alınıb. Bu isə orta hesabla hər oyunda 2.043 seyrçinin olması anlamına gəlir.
Müqayisə üçün qeyd edək ki, ötən mövsüm orta tamaşaçı sayı 2343-ə bərabər idi. Ötən çempionatın 18 turluq ilk bölümündə isə bu rəqəm 2564 idi.
Arxada qalan 105 matçda ən çox azarkeş Lənkəranda baş tutan “Böyük oyun”da qeydə alınıb. 17-ci turun “Xəzər Lənkəran”la “Neftçi” (14.12.2012) arasında qarşılaşmanı 9500 nəfər izləyib.
Çempionatın antirekordu isə bundan təxminən 63 dəfə az olub – 150 nəfər. Buna 2 dəfə təsadüf olunub. 9-cu turun “Qarabağ” – “Bakı” (20.10.2012) və 18-ci turun “Sumqayıt” – “Kəpəz” (20.12.2012) görüşlərində belə az izləyici olub. Bu matçlar müvafiq olaraq Tofiq Bəhramov adına Respublika stadionu və “Bayıl Arena”da baş tutub.
Komandaların ev oyunlarındakı tamaşaçı sayına gəlincə son illərdə olduğu kimi yenə “Xəzər Lənkəran” ilk pillədədir. Paytaxt klubları və ev oyunlarını Bakıda keçirən “Qarabağ” isə cədvəlin aşağı pillələrindədir.
Xəzər Lənkəran | 8 | 43700 | 5463 |
Kəpəz (Gəncə) | 8 | 30500 | 3813 |
Sumqayıt | 10 | 32550 | 3255 |
Turan (Tovuz) | 9 | 28400 | 3156 |
Simurq (Zaqatala) | 8 | 18900 | 2363 |
Neftçi (Bakı) | 10 | 15250 | 1525 |
AZAL (Bakı) | 7 | 8900 | 1271 |
Qəbələ | 9 | 10880 | 1209 |
Bakı | 8 | 7880 | 985 |
İnter (Bakı) | 10 | 7850 | 785 |
Rəvan (Bakı) | 9 | 6010 | 668 |
Qarabağ (Ağdam) | 9 | 3650 | 406 |
Komandaların səfər oyunlarına gəlincə isə “Qarabağ” ilk pillədə yer alıb. Bu komandanın rəqiblərinin azarkeşləri Ağdam təmsilçisinə marağı böyükdür.
Qarabağ (Ağdam) | 9 | 34500 | 3833 |
Rəvan (Bakı) | 8 | 25450 | 3181 |
Neftçi (Bakı) | 7 | 19900 | 2843 |
Bakı | 9 | 21200 | 2356 |
Xəzər Lənkəran | 10 | 18500 | 1850 |
Qəbələ | 9 | 16000 | 1778 |
Sumqayıt | 8 | 13650 | 1706 |
Kəpəz (Gəncə) | 10 | 16740 | 1674 |
Turan (Tovuz) | 8 | 12930 | 1616 |
AZAL (Bakı) | 10 | 16000 | 1600 |
İnter (Bakı) | 8 | 9400 | 1175 |
Simurq (Zaqatala) | 9 | 10200 | 1133 |
Topaz Premyer Liqasının 105 oyunu 15 müxtəlif stadionda keçirilib. Ən çox azarkeş Lənkəran stadionunda qeydə alınıb. Ümumiyyətlə ilk 5 pillədə paytaxtdan kənardakı arenalar qərarlaşıb. Bakının ən çox azarkeş toplayan 8-ci km stadionudur. 15 arena arasında sonuncu pillədə isə Respublika stadionudur. Azərbaycanın ən böyük idman qurğusu cəmi 2500 seyrçi toplayıb. Bu da “Böyük oyun”dakından az qala 4 dəfə aşağı göstəricidir. Maraqlıdır ki, paytaxt stadionlarından yalnız “AZAL Arena” ümumi azarkeş sayı “Böyük oyun”dan yüksək olub. Digər stadionlar isə hətta 8-9 matçda da 1 oyunluq tamaşaçı toplaya bilməyib.
Lənkəran | 7 | 42700 | 6100 |
Gəncə | 8 | 30500 | 3813 |
Sumqayıt | 10 | 33700 | 3370 |
Tovuz | 9 | 28400 | 3156 |
Zaqatala | 8 | 18900 | 2363 |
8-ci km stadionu | 5 | 7700 | 1540 |
Bakıxanov | 5 | 7550 | 1510 |
AZAL Arena | 8 | 10900 | 1363 |
Qəbələ | 8 | 10380 | 1298 |
"Bakı"nın bazası | 8 | 7880 | 985 |
Şəfa | 8 | 5350 | 669 |
Bayıl Arena | 9 | 5560 | 618 |
Böyük Əmili | 1 | 500 | 500 |
Dalğa Arena | 4 | 1950 | 488 |
Respublika | 7 | 2500 | 357 |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |