Messi ardıcıl dördüncü dəfə "Qızıl top"a sahib çıxdı
Bu gün FİFA-nın versiyasına əsasən 2012-ci ilin ən yaxşı futbolçusu bəlli olacaq. Stadium.az xəbər verir ki, "Qızıl top"un təqdimetmə mərasimi bu gün Sürix şəhərində baş tutacaq. Qalib adı uğrunda 3 futbolçu - Lionel Messi, Andreas İnyesta və Kriştianu Ronaldo mübarizə aparacaq.
2009, 2010 və 2011-ci illərdə olduğu kimi, Messi yenə də qalib olsa, argentinalı ulduz "Qızıl top"un 4 qat sahibi olacaq ki, bu uğura da heç bir futbolçu imza ata bilməyib.
Qeyd edək ki, Messi kimi Mişel Platini, Yohan Kroyf və Marko Van Basten də 3 dəfə bu mükafata sahib çıxıblar.
***
Bu günədək 19 müxtəlif klubun futbolçusu ilin ən yaxşısı seçilib. Bu siyahıda "Barselona" və "Yuventus" 9 oyunçu ilə şərikli liderdirlər. Bu isə o deməkdir ki, Messi ardıcıl 4-cü dəfə qalib olsa, "Barsa" "Qızıl top" qazanan futbolçularının sayına görə vahid lider olacaq. Bu mübarizədə ilk "üçlüy"ü 8 "Qızıl top"la "Milan" qapayır.
Digər klubların sıralaması isə belədir: "Real" (İspaniya) - 6, "Bavariya" (Almaniya) - 5, "Mançestr Yunayted" (İngiltərə) - 4, "Dinamo" (Kiyev, SSRİ), "İnter" (İtaliya), "Hamburq" (Almaniya) - hər biri 2, "Blekpul" (İngiltərə), "Dukla" (Çexiya), "Dinamo" (Moskva, SSRİ), "Benfika" (Portuqaliya), "Ferentsvaroş" (Macarıstan), "Ayaks" (Hollandiya), "Borusiya" (Münhenqladbax, Almaniya), "Olimpik" (Fransa), "Borusiya" (Dortmund, Almaniya), "Liverpul" (İngiltərə) - hər biri 1.
***
Bu günədək 18 müxtəlif ölkənin futbolçuları "Qızıl top"a yiyələniblər. Bu siyahıda lider Almaniyadır. Almaniyanın 5 müxtəlif futbolçusu 7 dəfə "Qızıl top"a yiyələnib. Almanlar kimi hollandlar da 7 dəfə bu mükafata sahib çıxıblar. Lakin "narıncılar"ın cəmi 3 futbolçusu ən yaxşı seçilib. İlk "üçlüy"ü fransızlar qapayır. "Xoruzlar ölkəsi"nin 4 müxtəlif oyunçusu 6 dəfə dünyanın ən yaxşısı seçilib. Digər ölkələr üzrə sıralama isə aşağıdakı kimidir: İtaliya 5 dəfə (5 futbolçu), İngiltərə 5 dəfə (4 futbolçu), Braziliya 5 dəfə (4 futbolçu), SSRİ 3 dəfə (3 futbolçu), Portuqaliya 3 dəfə (3 futbolçu), İspaniya 3 dəfə (2 futbolçu), Argentina 3 dəfə (1 dəfə), Çexiya 2 dəfə (2 futbolçu), Ukrayna 1 dəfə, Şotlandiya 1 dəfə, Macarıstan 1 dəfə, Danimarka 1 dəfə, Bolqarıstan 1 dəfə, Liberiya 1 dəfə, Şimali İrlandiya 1 dəfə.
Siyahıdan da göründüyü kimi, bu gün qələbə qazanacağı halda, həm İspaniya, həm Portuqaliya, həm də Argentinanın sahib çıxdığı "Qızıl top"un sayları 4-ə çatacaq və həmin ölkə siyahıda yeddinci yerə yüksələcək.
***
Artıq "Qızıl top"un təqdimetmə mərasimi start götürüb. Tədbirə canlı tamaşa etmək istəyənlər aşağıdakı video sözünün üzərinə klik etməklə tədbirə baxa bilərlər.
***
LİONEL MESSİ ARDICIL DÖRDÜNCÜ DƏFƏ "QIZIL TOP"A SAHİB ÇIXDI!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |