“Sevdiyim qızı ataram, amma heç vaxt futboldan əl çəkmərəm” Müsahibə
“Het-trik news” qəzeti ənənəsinə sadiq qalaraq uşaq futboluna bu dəfə də yer ayırdı. “Bakı”nın aşağı yaş qrupu komandalarında bir çox istedadlı oyunçular var ki, onlardan biri də Məhəmmədəli Zeynalovdur. Mövsümün sonunda “Bakı”dan “Atletiko”ya gedəcək uşaqlar arasında olan Məhəmmədəli ilə söhbətimiz də onun dünyasından oldu.
- Məhəmmədəli, futbola necə gəlmisən, necə alındı
gəlişin?
- Futbola marağım çox idi, buna görə də lap balacalıqdan oynayırdım. Elə bununla da futbola öz istəyimlə gəldim.
- Neçə
yaşından
başladın?
- Lap balacalığımdan futbol oynayıram, amma kluba ötən ildən gəlmişəm.
- Bəs
buna
kimi
harada
oynayırdın?
- Ona kimi ancaq öz dostlarımla oynayırdım.
- Bəs
kluba
kimlə
getdin, “Bakı”ya
səni
kim
apardı?
- Heç kim. Əvvəlcə seçimlərə getdim, orada özümü yaxşı tərəfdən göstərdim deyə, məni komandaya götürdülər.
- Bəs
niyə “Bakı”nı
seçdin?
- Mənim fikrimcə “Bakı” daha yaxşıdır.
- Niyə?
- Yaxşıdır da. Bu
komandada hər şey var. Bizə çox yaxşı baxırlar, əla şərait var.
- Sən
Tovuzdansan?
- Hə, elədir.
- Nə
yaxşı “Turan”ı
yox, “Bakı”nı
seçmisən?
- Mən Bakıda yaşayıram, ona görə də “Bakı”nı seçdim.
Bəlkə də Tovuzda qalsaydım, onda “Turan”ı seçərdim.
- Heç
düşünürsən
ki, böyük futbolçu olanda “Turan”da
da
oynayasan?
- Hə, ola bilər.
- Böyüyəndə
hansı
futbolçuya
oxşamaq
istəyrsən?
- Əslinə qalanda mənim ən çox xoşladığım futbolçu Messidir. O,
həqiqətən də dünyanın ən yaxşı futbolçusudur. Amma inanmıram ki, onun kimi futbolçu olum. Ancaq baxıram ki, oyun tərzim Ronaldoya daha çox bənzəyir.
- Öz
oyunundan
razısan?
- Bəli, hələlik razıyam.
- Azərbaycanda
hansı
futbolçu
kimi
olmaq
istəyirsən?
- Burada isə daha çox Rauf Əliyevin çıxışını bəyənirəm.
- Hansı
kluba
və
milliyə
azarkeşlik
edirsən?
- Mən futbola baxmağa başlayandan elə “Barselona” və İspaniya millisinə azarkeşlik edirəm.
- Ailən
sənin
futbol
həyatına
mane
olmur?
- Yox, onlar da
istəyirlər yaxşı futbolçu olum.
- Axı
valideyinlər
həmişə
övladlarının
dərs
oxumasını
üstün
tuturlar...
-
Onlar da istəyirlər mən dərslərimi yaxşı oxuyum, amma mən hər ikisini necə lazımdırsa yerinə yetirirəm. Həm futbolumu oynayıram, həm də dərslərimi yaxşı oxuyuram.
- Futbolun
dərsinə
mane
olmur?
- Yox, hələlik mane olmur. Gələcəkdə universitetə hazırlaşanda əlavə hazırlıqlara gedəcəm, ola bilsin ki, onda mane ola bilər.
- Dərs
yaxşıdır, yoxsa futbol?
- Mənə görə futbol.
- Nə
üçün?
- Çünki futbolu daha çox sevirəm, dərslə aram yoxdur.
- Ağır
məşqləri
dərs
oxumaqdan
üstün
sayırsan?
- Hə, futbola olan marağım sonsuzdur.
- Gələcəkdə
hansı
komandada
oynamaq
istəyirsən?
- Elə “Bakı”da qalmaq istəyirəm.
- Xarici
klublardan?
- Xarici ölkələrdən İtaliya, İspaniya, İngiltərə çempionatlarında oynamaq hər bir futbolçu kimi mənim də arzumdur. Onda özümü əsil futbolçu sayaram.
- Milli
komanda
arzuların
necədir?
- Mən də hamı kimi millidə oynamağı arzu edirəm.
- Ailən
sənə
çox
dəstək
olur
futbolda?
- Hə, hər cür kömək edirlər mənə.
- Sən “Bakı”dan “Atletiko”ya
gedəcək
uşaqlar
arasındasan, elədir?
- Düzdür. İnşallah bu
mövsümün sonunda gedəcəyik.
- Səni
seçdilər, yoxsa özün istədin?
- Seçdilər.
- “Barselona” olsa, necə
olardı?
- Əlbəttə, “Atletiko”ya yox,
“Barselona”ya getsəm əla olardı. İndi ora gedirik də, neyləyək.
- “Atletiko”da sevdiyin
futbolçu
var?
- Hə, Radamel Falkao xoşuma gəlir. Çox yaxşı hücumçudur.
- Bəs
Arda
Turan?
- O da xoşuma gəlir, yaxşı oyunçudur, amma Falkao daha yaxşıdır.
- Tutaq
ki, getdin “Atletiko”ya. Bu səfər
sənə
nə
qazandıracaq?
- Orada böyük təcrübə qazanacam. Çünki onlarda futbol bizimkindən həm fərqli, həm də üstündür.
- Səni
futboldan
nə
ayıra
bilər?
- Heç nə.
- Birdən
sevdiyin
qız
futbolçu
olmağına
etiraz
etsə?
- Onu razı salaram, amma futbolu atmaram.
- Qızı
atarsan?
- Yox, bir çarə taparam da.
- Birdən
qız
razılaşmadı?
- Onda sevdiyim qızı yola salaram, amma heç vaxt futboldan əl çəkmərəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |