Sabahın ulduzu - Vüsal Qənbərov
Bu uşağı ilk dəfə “Şəfa” stadionunda - övladlarımı “İnter” futbol klubunun 2003-cü il təvəllüdlü uşaqlardan ibarət komandasına aparanda görmüşəm. Oyunu hamı kimi məni də valeh eləmişdi. Yaşıdlarından çox seçilirdi - istər texnikası, istər sürəti, istərsə də zərbələri ilə. “İnter”in 10 yaşlılardan ibarət “Ümid” komandasının heyətində “Sabahın ulduzları” birinciliyində çıxış edir, turnirin bombardiridi. Əminliklə söyləyə bilərəm ki, həqiqətən sabahın ulduzu olacaq. Söhbət 10 yaşlı istedad Vüsal Qənbərovdan gedir. Atası Vüqar Qənbərovla söhbət zamanı məlum oldu ki, o, artıq 3 dəfə oğlunu Barselonaya aparıb və Vüsal orada futbol kurslarında iştirak edib. Sonuncu kursdan bir neçə gündür qayıdıblar. Vüqar bəylə səfər təəssüratları, Vüsalın Barselonada keçdiyi məşq prosesləri və başqa mətləblərlə bağlı söhbət etməyi qərara aldım.
* Vüsal 4 ildən çoxdur, “İnter”
futbol klubunda məşq edir. İlk məşqçiləri Rövşən Babayev və Elmir Mirzəyev olublar. Hazırda məşqçiləri Eldar Ağaxanovdu. İki il əvvəl internet vasitəsilə Kataloniyada yerləşən bir neçə uşaq futbol məktəbi haqqında məlumat topladım. Lazımi sənədləri hazırlayandan sonra ötən ilin fevralında İspaniyaya yola düşdük. Bizimlə hazırda Barselonada olan Rüzgar İbrahimzadədə getmişdi. Oğlum orada Kataloniyanın peşəkar futbolçuların taktiki, texniki və
fiziki hazırlıqları ilə məşğul olan 5 aparıcı klubların birində – “Marset Fondasion”da məşqlərə başladı.
Qeyd edim ki, “Marset Fondasion” səviyyəsinə görə heç də “Barselona” və “Espanyol” futbol klublarının nəzdində olan uşaq futbol məktəblərindən geri qalmır. Bu
məktəbi 60-70-ci illərdə İspaniya millisinin oyunçusu olmuş Xavyer Marset yaradıb və hazırda övladları onun işini davam etdirirlər.
* Vüsal ikinci dəfə iyun-iyul aylarında həm sözügedən klubda, həm də “Barselona”da məşqlər keçdi. Sonuncu kursdan isə bir həftə əvvəl qayıtmışıq. Vüsalgil Lamasiyada məşq keçdilər. Həm məşq prosesi, həm də
asudə vaxtımız çox maraqlı keçdi. Əvvəl olduğu kimi bu dəfə də Vüsalı çox bəyəndilər. Marsetdə oğlumun göstəriciləri əla oldu – 10 ballıq şkala ilə 8-10 bal toplaya bildi. Barselonada isə qiymətləndirmə 3 ballıq şkala ilə ölçülür. Burada da
Vüsal texnikaya görə 3, taktikaya görə isə 2 bal aldı. Yaddaqalan hadisələrdən ən
maraqlısı “Barselona”nın əsas heyətinin məşqini canlı izləməyimiz oldu. Təsəvvür edin, adi məşq prosesinə baxmaq üçün stadionda 40 min adam var idi. Özü də giriş pulu idi - 5 avro. Valideynlərdən fərqli olaraq, kurslarda iştirak edən uşaqlar üçün heç bir ödəniş lazım deyildi.
* Kataloniyada bütün
futbol klublarında məşqlər ayrı-ayrı yaş qrupları üzrə vahid metodika ilə keçilir.
Hər yaş qrupunun özünəməxsus proqramı var. Marsetdə gündə
4 dəfə olmaqla cəmi 6, Barselonada isə 4
saat məşq prosesi olur. Məşğələlərdən sonra uşaqlar mütləq hovuzda dincəlməlidilər. Bu əzələlərin bərpası üçün nəzərdə tutulur. Bütün məşğələlər topladır.
Uşaqların fiziki cəhətdən yüklənməsi qadağandır. Çünki fiziki yük uşaqların inkişafda olan əzələ və sümüklərinə mənfi təsir göstərə bilər. Uşaqlar zamanın və rəqibin təzyiqi altında məşq keçirlər. Lori dildə desək, bura qısa zaman kəsiyində qərar qəbul eləmək, ötürmə vermək, texniki fənd işlətmək və s. aiddir.
7 yaşından etibarən hər bir futbolçuya futbol taktikasını mükəmməl yerinə yetirənədək öyrədirlər. Məsələn, Vüsal solaxaydı, sağ ayağından çox az istifadə edirdi. Son kursda onun sağ ayağını açdılar. Bir sözlə, ayrı-ayrı yaş qrupları üçün proqramlar vahid metodika əsasında tərtib edilmişdir ki, bu
da “Barselona”nın hazırki baş məşqçisi Tito Vilanovaya məxsusdur.
* “Marset fundasion”da məşqlər ödənişlidir. İntensiv kursların bir həftəsi 350, 10 günü isə 550 avrodur.
Marsetdə istənilən uşaq kurslarda iştirak edə bilər. Ancaq
“Barselona”da başqa cürdür. Bura xüsusi istedadlı uşaqlar dəvət olunur və məşğələlər həftəsi 350 avro olmaqla ödənişli olur. Vüsalın oyununa baxdıqdan sonra onu “Barselona”ya dəvət eləmişdilər. Oradakı kurslarda iştirak etdikdən sonra təklif elədilər ki, İspaniyada qalsın.
Ancaq şərtlərdən biri bizi qane etmədi. Belə ki, valideynlərdən biri mütləq Vüsal ilə Barselonada qalmalı idi. Bu
isə mümkün deyildi. Qeyd edim ki, bu şərt 14 yaşına kimi uşaqlara şamil edilir. Həm də bu yaşa kimi futbolçunun orada qalması, oxuması, məşq etməsi böyük xərc tələb edir. 14 yaşından yuxarı uşaqların isə valideynləri ilə müqavilə bağlanır və futbolçu təmənnasız akademiyada futbol təhsili ala bilir.
* İspaniyanın katalon
futbolu öz metodikası, pedaqoqikası, futbol fəlsəfəsi ilə seçilir və səviyyəsinə
görə dünyada birincidir. Bunu
bütün dünya qəbul edir. Məşqçilər əsasən ispandilli ölkələrdən – Braziliyadan, Argentinadan, Meksikadan, Çilidən və İspaniyanın özündəndi. Oradakı kurslara dünyanın hər yerindən – İtaliyadan, İngiltərədən, Fransadan, Rusiyadan, Yaponiyadan və hətta Braziliyadan da uşaqlar gəlirlər. Bu uşaqlar istedadlı olub-olmamasından asılı olmayaraq kurslarda iştirak edə bilərlər. Amma “Barselona” uşaq məktəbinə düşmək üçün mütləq istedad lazımdır. Maraqlı bir faktı qeyd edim – vaxtilə
“Barselona”da çıxış edən və dünyada məşhur olan Romarionun oğlunu klub qəbul eləməyib. Səbəb isə sadədir – oğulda atasında olan istedaddan zərrə qədər də nişanə yox idi.
* Azərbaycanda son zamanlar uşaq futboluna qayğının artması göz qabağındadır. Ancaq dövlət dəsiəyinin olması heç də işin hamısı deyil. Klublarımızda uşaq futbolu vahid metodika ilə tədris olunmalıdır. Məşqçilər, əsasən də cavanlar xaricdə ən azı 6 aylıq kurslarda iştirak etməlidilər. Azərbaycanda elə klublar var ki, nəzdindəki uşaq futbolunda çalışan bəzi məşqçilərin heç məşqçilik lisenziyası yoxdur. İspaniyada bu
amilə xüsusi diqqət yetirirlər. Məsələn “A” kateqoriyası almaq üçün məşqçi 6 ay
oxumaqla yanaşı, ildə ən azı 400 saat futbol klubunda məşq keçməlidir. Ötən kurslarda “Barselona”da Vüsalın məşqçisi var idi – Xavi.
Hazırda “Espanyol”un
ikinci məşqçisi vəzifəsində çalışır. Bunu ona görə deyirəm ki, Azərbaycanda elə məşqçilər var ki, uşaq futboluna dırnaqarası baxırlar, özlərinə aşağı yaş qrupları ilə işləməyi sığışdırmırlar. Amma, əslində uşaq futbolunda işləmək xeyli səbəblərə görə peşəkar futbola müqayisədə çətindir. Biz İspaniyada olanda yeni ili qeyd eləmək üçün normal restoran tapa bilmədik. Hara gedirdinsə, rastımıza stadion çıxırdı. Bakıdakı restoranların yarısı qədər də stadionumuz olsa, futbolun inkişafı bir az da sürətlənər.
* Vüsalı gələcəkdə tanınmış futbolçu kimi görmək istəyirəm. Ən böyük arzum isə Avropanın tanınmış klublarının və ən əsası millimizin formasını geyməsidir. Bunun üçün bütün gücümü səfərbər eləmişəm. Vüsal üçün Xavi, İnyesta, Messi, Fabreqas və başqa ulduzların yetişdirən “Barselona”nın uşaq futbol məktəbində məşq keçməsi və bəyənilməsi özü-özlüyündə böyük uğurdu. Onun indiki səviyyəyə çatmasında təkcə qatıldığı kursların deyil, həm də müəllimlərinin böyük zəhməti var. Oğlum həm də akrobatika ilə məşğul olur. Fursətdən istifadə edərək, həm akrobatika müəllimləri , həm də “İnter” futbol klubunun məşqçilər korpusuna, xüsusilə məşqçisi Eldar Ağaxanova Vüsalın bir futbolçu kimi yetişməsində göstərdikləri qayğı və zəhmətə görə minnətdarlığımı bildirirəm.
İlqar
VAQİFOĞLU, "Het-trik
news" qəzeti
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |